Xəbər lenti
“Minimum əməkhaqqının 50 manat artırılması inqilabi addımdır” - Hadı Rəcəbli
"Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması ilə bağlı sərəncamı inqilabi bir addımdır. Mən və digər deputat həmkarlarım ölkədə minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər irəli sürmüşük. Burada ilkin fikir bundan ibarət idi ki, minimum əməkhaqqı ya 143, ya da maksimum 150 manat olmalı idi. Amma Prezident İlham Əliyev tamamilə fərqli qərar qəbul etdi, Maliyyə Nazirliyinin təkliflərini bir kənara qoyaraq, öz iradəsi ilə bu addımı atdı. Beləliklə, ölkədə minimum əməkhaqqı yaşayış minimumuna çatdırıldı”.
Manevr.az xəbər verir ki, bunu report-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Komitə sədri qeyd edib ki, minimum əməkhaqqının bu qədər artırılması xalqa qayğının ifadəsidir: "Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat ayrılacaq. 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Çünki bu, ilin 10 ayını əhatə edəcək. Minimum əməkhaqqının 50 manat artırılması böyük bir addımdır. Xatırlayırsınızsa, əvvəlki illərdə 10 faiz artım olurdu. Maaşı artırılanların siyahısına tibb bacıları, xadimələr, kitabxana işçiləri və digər qrup insanlar daxildir. Beləliklə, onların ailə büdcəsi 50 manat artmış oldu. Bu, olduqca önəmli və hiss olunan rəqəmdir. Prezident İlham Əliyev bu cür addımları hər il atır. Bir şeyi bilmək lazımdır ki, yaşayış minimumu istehlak səbətinin minimum rəqəmidir”.
H.Rəcəbli bu məsələ ilə bağlı tənqidi fikir səsləndirənlərə də cavab verib: "Həmin insanlar yaxşı nə etsən, tənqid edəcəklər. Yaşayış minimumunu 1000 manat da etsən, yenə tənqid edəcəklər. Bu adamlar yaxşını görə bilməyən, gözü kor, qara eynəkdə olan adamlardır. Minimum əməkhaqqı 38.4 faiz artıb, onlar nə istəyirlər ki? Bir daha qeyd edirəm ki, yanlış anlaşılmasın, bu rəqəm minimumdur. Burada "minimum” ifadəsini niyə işlədirik? Yəni əməkhaqqının ən aşağı həddidir... Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəlində 19 bölmə var, bu artım onların hamısına şamil ediləcək”.
Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 8-də minimum aylıq əməkhaqqının artırılması sərəncam imzalayıb. Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.
Qeyd edək ki, Azərbaycanda indiyədək minimum aylıq əməkhaqqının məbləği 130 manat idi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar