Xəbər lenti
Struktur islahatları daha hansı sahələri əhatə edəcək? – Açıqlama
Struktur islahatlarının daha hansı sahələri əhatə edəcəyini öncədən proqnozlaşdırmaq çətindir.
Bu sözləri analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, bu məsələlər bilavasitə ölkə başçısının səlahiyyətlərinə aiddir və onun iradəsi əsasında həyata keçirilir:
“Prezident dövlət orqanlarının çevikliyini necə görürsə, islahatlar da məhz o istiqamətdə aparılır. Nəzərinizə çatdırım ki, Azərbaycanda bütün istiqamətlər üzrə yol xəritələri qəbul olunub. Bu gün həyata keçirilən islahatlar əslində həmin yol xəritələrinin reallaşmasına, gerçəkləşməsinə xidmət edir. İslahatların aparılması ilə bağlı yol xəritələrinin diktə etdiyi amillər var. Düşünürəm ki, bu istiqamətlərdə də müvafiq addımlar atılacaq”.
Analitikin sözlərinə görə, dövlət idarəçilik sistemi mürəkkəbdir, yəni konkret olaraq, peşəkar kimi bir və bir neçə sahə üzrə münasibət bildirmək olar:
“Düşünürəm ki, Azərbaycanda yolla bağlı çoxsaylı strukturların bir qurumda fəaliyyət göstərməsinə ehtiyac var. Əlbəttə, doğrusunu, dəqiqini ölkə başçısı bilir. Bu istiqamətdə bundan sonra atılacaq addımları isə birgə izləyəcəyik”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar