Xəbər lenti
Millət vəkili: Nazirlər Kabinetinin qərarı anlaşılan deyildi
Nazirlər Kabinetinin meşələrlə bağlı son qərarı cəmiyyətdə birmənalı qarşılanmadı. Biz də millət vəkilləri olaraq, parlamentdə bununla bağlı fikirlərimizi bildirməyi nəzərdə tuturduq. Artıq buna ehtiyac qalmadı, cünki ölkə prezidenti cənab İlham Əliyev hökumətin məlum qərarını ləğv etdi. Bu bir daha onu göstərir ki, dövlət başçısı ölkədəki bütün proseslərlə ciddi şəkildə maraqlanır və cəmiyyəti maraqlandıran bütün məsələlərə həssaslıqla reaksiya verir.
Manevr.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.
Nazirlər Kabinetinin bu yöndə qərarına ehtiyac olmadığını deyən millət vəkili, ümumiyyətlə, dünyanın heç bir yerində meşələr və meşədə yetişən meyvələrlə bağlı belə bir hala rast gəlinmədiyini bildirib:
“Dünyanın heç yerində belə bir məsələ yoxdur. Əksinə, biz vətəndaşlarımıza təşəkkür etməliyik ki, onlar meşədən yığdıqları meyvə məhsulları ilə ölkənin bazarlarını təmin edir, həmin məhsulları bazara çıxarıb satmaqla, qazanc əldə edir, dolanışığını təmin edir. Odur ki, indi həmin məhsulların yığılmasına cərimə tətbiq edilməsi heç bir halda anlaşılan və qəbuledilən olmazdı. Ölkə prezidenti də cəmiyyətin bu məsələ ilə bağlı həssaslığını nəzərə alaraq, çox düzgün qərar qəbul etdi və məlum qərarı ləğv etdi”.
Deputat qeyd edib ki, ümumiyyətlə, ölkə prezidenti fəaliyyəti boyu hər zaman cəmiyyəti düşündürən məsələlərə çox diqqətlə və həssaslıqla yanaşıb, bu istiqamətdə lazım olan bütün addımları atıb:
“Elə son bir neçə gündə baş verən hadisələri götürək. Ölkə prezidentinin şəhid ailələri ilə bir araya gəlməsi, onlara 11 min manatlıq birdəfəlik müavinətin verilməsi məsələsində üzə çıxan bəzi məqamlara diqqətlə, həssaslıqla yanaşması, onların araşdırılması yönündə tapşırıq verməsi və bu araşdırmanın yekunu olaraq növbəti fərman imzalaması deyilənlərə əyani sübutdur. Eyni zamanda, gənclərlə görüşməsi, onları dinləməsi dövlət başçısının cəmiyyətin bütün gözləntilərini necə diqqətə almasının bariz nümunəsidir. Bununla yanaşı, ölkənin bəzi bölgələrində zəlzələnin yaşanması və zəlzələnin nəticələrinin aradan qaldırılması, zəlzələdən ziyan çəkən insanların problemlərinin həllinə köməklik göstərilməsi üçün tapşırıqlar verməsi bir daha ölkə prezidentinin cəmiyyətin bütün məsələlərinə həssaslıq göstərməsinin növbəti təzahürüdür. Bütün bunlar bir daha onu göstərir ki, cəmiyyətin bütün məsələləri dövlət başçısının diqqətində, nəzarətindədir və bu istiqamətdə nələr tələb olunursa, onların həlli istiqamətində vacib qərarlar verməklə, o, öz vətəndaşlarının yanındadır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar