Xəbər lenti
Tramp ABŞ-da yüksək postlar üçün namizədlər seçir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp gələcək administrasiyasını formalaşdırmaq üçün yaxın dairəsindən namizədlərin seçimini davam etdirir.
Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, Tramp iqtisadiyyatla bağlı yüksək mövqelərə “Wall Street”dən nüfuzlu şəxsləri dəvət edib. Hələlik yeni seçilmiş prezidentin planında bir nəfər də qadın namizəd yoxdur. Bu baxımdan adı ölkənin baş prokuroru postuna təklif edilən namizədlərin sırasında yer alan Pem Bondi istisna ola bilər.
Yeni seçilmiş respublikaçı-prezident maliyyə naziri postuna may ayından onun seçki qərargahına başçılıq edən multimilyonçu Stiv Mnuçini dəvət edib. Mnuçinin kütləvi vergi islahatlarının tərəfdarı olduğu bildirilir. Tramp ticarət naziri postuna 78 yaşlı milyarder Uilbur Rossu dəvət etməyi planlaşdırır. “Wall Street”in iri oyunçusu Ross ilk kapitalını iflasların idarə olunmasından qazanıb. Son 15 ildə o, sənaye sahəsinə investisiya yatırmaqla məşğuldur.
Nyu-Yorkun sabiq meri Rudolf Culiani isə dövlət katibi ola bilər. O, bu postu ABŞ-ın baş prokuroru vəzifəsindən imtina edərək seçib. Dövlət katibi postuna alternativ namizəd isə ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Con Boltondur.
Analitiklər Rayns Pribusun Ağ ev administrasiyanın başçısı seçilməsini Trampın aralarında onu seçkilərdə dəstəkləməyənlərin də olduğu respublikaçıların dominantlıq etdiyi Konqreslə işçi münasibətlərin qurulması istəyi kimi xarakterizə edirlər.
Tramp prezident müşaviri vəzifəsinə ifrat-sağ qanada mənsub mühafizəkar siyasətçi Stiv Bennonu dəvət edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar