Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ölkəyə qanunsuz yolla siqaretlər, parfümeriya vasitələri və dərmanların keçirilməsinin qarşısı alınıb - ŞƏKİL

Tarix: 31-01-2019 15:49     Baxış: 2175 A- / A+
Ölkəyə qanunsuz yolla siqaretlər, parfümeriya vasitələri və dərmanların keçirilməsinin qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Mercedes Benz Travego" markalı nəqliyyat vasitəsi ilə gələn Gürcüstan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda, arxa oturacaqlarının arxasında və oturacaqların yuxarı hissəsində yük qoymaq üçün istifadə olunan yerlərdən gömrük orqanına bəyan olunmayan 206 ədəd müxtəlif adda parfümeriya vasitələri aşkarlanıb.

Bununla yanaşı, Gürcüstandan Azərbaycan Respublikasına "Mercedes Benz E 220 CDI" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin sağ və sol qanadlarında gizlədilmiş 3400 ədəd "Marlboro Gold" və 200 ədəd "Malimbo" markalı siqaretlər aşkar edilib.

Aparılan tədbirlərin davamı olaraq Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobilin mühərrikinin arxa hissəsində gizlədilən, üzərində "Adrenalin" yazısı olan 1490 ədəd ampula aşkarlanıb.

Hər 3 faktla bağlı araşdırma aparılır. metbuat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar