Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Zakir Həsənov cəbhəboyu zonada: Tapşırıqlar verdi -Video

Tarix: 30-01-2019 20:43     Baxış: 3289 A- / A+
Zakir Həsənov cəbhəboyu zonada: Tapşırıqlar verdi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Manevr.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbər heyəti HHQ-nin cəbhəboyu zonada yerləşən hərbi hissələrinin ərazisində yeni inşa edilmiş yaşayış komplekslərinin açılışında iştirak edib, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olublar.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ərazidəki əsgər yataqxanalarında, yeməkxanalarda, sinif otaqlarında, tibb məntəqələrində, mətbəxlərdə, qazanxanlarda, anbarlarda, eləcə də digər xidməti və inzibati obyektlərdə olaraq görülən işlərin keyfiyyəti ilə tanış olub.

Müdafiə naziri hərbi hissələrin silahlanmasında olan döyüş texnikasına baxış keçirib və komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar