Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən qəribə avatar müsəlmanları... - VİDEO

Tarix: 30-01-2019 14:01     Baxış: 3173 A- / A+
Dünyanın ən qəribə avatar müsəlmanları... - VİDEO


Afrikanın ən qəribə və əsrarəngiz qəbilələrindən bri də tuareqlərdir.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, qədim adətlərə sahib çıxan bu qəbilənin bir sıra qeyri-adi özəllikləri var. Tuareqlərin ətraf aləmdən ən başlıca fərqləri odur ki, qəbilədə ana xaqanlığı hökm sürür.
Ancaq bu qəbilə qızlarına toya qədər bir neçə oğlanla münasibətdə olmaq izni verir. Özü də qızlar tək münasibətlə kifayətlənməyib, cinsi həyatlarını da arzuladıqları kimi yaşayırlar. Oğlanlar isə yetkinlik yaşına çatan kimi başlarını qalın örtüklə bağlamalıdırlar.

Daha bir maraqlı məqam da odur ki, tuareqlər müsəlmandırlar. Lakin dini inancları olduqca orijinaldır. Hələ qədim zamanlardan bu qəbilənin oğlanları yetkinlik dövrünə yetişəndə, başlarını və üzlərini bağlayıblar. Həddi buluğa yetişən hər bir oğlana atası qılınc və üz örtüyü hədiyyə edir. Onsuz küçəyə çıxmaq, hətta yemək və yatmaq da qadağandır.

Tuareqlər indiqo rəngli üst geyimindən istifadə etdiklərinə görə onlara "Saxaranın göy rəngli insanları” deyirlər. Hesab edirlər ki, bu rəng onları bəd qüvvələrdən qoruyur. Daşla rənglənmiş libaslar onların dərisinə də təsir edir. Çox vaxt öz dəriləri də avatarlar kimi göy rəngə çalır.

Qızların həyat tərzi olduqca demokratikdir. Ailə quranadək həyatlarında bir neçə kişi olur. Qəbilə qızlarının məşuqları gecə onların çadırlarına qonaq gəlib, gözəl zaman keçirdə bilər. Lakin bu o demək deyil ki, cütlük ailə qurmalıdır.

Adətən qızlar 20 yaşlarında ailə qururlar. Onların pərəstişkarları isə evlilik təklif edərkən gözəl şeir yazmalıdırlar . Qızlar elçilərinə analarından öyrəndikləri tifinaq əlifbasında cavab verə bilərlər. Oğlanlara isə latin və ərəb əlifbası öyrədilir. Qəbilənin kişiləri olduqca güclü vücuda sahibdirlər. Onlardan çox yaxşı tacirlər çıxır. Qadınlarsa ocaq və mədəniyyətin keşikçisidirlər. Bir sözlə bu qəbilə dünanın ən bərabərhüquqlu cəmiyyətidir.




Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar