Xəbər lenti
Məcburi köçkünlərə diqqət və qayğı davam edir : "Qaçqınkom"da növbəti qəbul keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibədən əziyyət çəkən vətəndaşlara, o cümlədən məcburi köçkünlərə daim diqqət və qayğı göstərir.
Məcburi köçkünlərin sosial problemlərinin həlli, xüsusi ilə mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzil və ya fərdi evlərin verilməsi bu il də davam etdiriləcək. Bu məqsədlə yeni qəsəbələr salınır, yaşayış kompleksləri inşa olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyeva müvəqqəti məskunlaşdıqları bina və tikililərin tamamilə yararsız hala düşdüyü müvafiq dövlət orqanı tərəfindən təsbit edilmiş, ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə ilk növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını daim nəzarətdə saxlayır.
Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti qəbulda iştirak edən vətəndaşlara bu barədə ətraflı məlumat verilib.
Vətəndaşları Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri qəbul ediblər.
Həmişə olduğu kimi, yenə də qəbula gələnlərin əksəriyyəti məcburi köçkünlər olub. Onlar, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin verilməsi, məşğulluq, kommunal xidmətlər və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Dövlət Komitəsinin sədri və digər səlahiyyətli şəxslər vətəndaşları fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyiblər. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib.
Vətəndaşların qaldırdıqları məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar