Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Aİİ-də “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” mövzusunda "dəyirmi masa" keçiriləcək

Tarix: 28-01-2019 20:56     Baxış: 4248 A- / A+
Aİİ-də “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” mövzusunda "dəyirmi masa" keçiriləcək

Manevr.az xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunda fevral ayının 1-də “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” mövzusunda "dəyirmi masa" keçiriləcək.

Diskussiya iştirakçıları milli-mənəvi dəyərlərimiz, dil, din, ailə, milli mənsubiyyət, müstəqillik, azərbaycançılıq ideologiyası və digər bu kimi önəmli anlayışlar haqqında məruzə ilə çıxış edəcəklər. “Dəyirmi masa”da milli-mənəvi irsimizin düzgün təbliği və bu sahədə gənclərin üzərinə düşən vəzifələrin müzakirəsi nəzərdə tutulur.
Aİİ-də “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” mövzusunda "dəyirmi masa" keçiriləcək

Tədbirdə Aİİ-nin müəllimləri – ilahiyyat üzrə fəlsəfə doktoru Anar Qafarovun “Xəyallarımız, hədəflərimiz və dəyərlərimiz”; fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “Gənclər və milli-mənəvi dəyərlər” mövzusunda məruzələri və ali təhsil müəssisəsi magistrantlarının “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” mövzusu ətrafında çıxışları dinləniləcək.

Məruzələrdən sonra, mövzu ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, İnstitut Azərbaycan xalqına məxsus dini, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirir.

Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutu ali təhsil müəssisəsinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamının birilliyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar