Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

İki Rəşadın görüşü - Tarixi qol necə xatırlandı?

Tarix: 28-01-2019 18:12     Baxış: 3319 A- / A+
İki Rəşadın görüşü - Tarixi qol necə xatırlandı?


Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bu gün özünün Feysbuk səhifəsində maraqlı paylaşım edib.

Manevr.az xəbər verir ki, paylaşımda R.Məcid hələ 2009-cu ildə "Qarabağ"la Norveç "Rusenborq"u arasında keçirilmiş oyundan öncə baş vermiş maraqlı hadisə haqda qeydlər edib. Həmin paylaşımı təqdim edirik:

"Redaksiyaya gəlirdim, təsadüfən Rəşad Sadıqovla rastlaşdım. Sən demə, müsahibə üçün "Qol.az"a gəlibmiş. Görüşdüm və xatırladım, ona da xatırlatdım: 2009-cu il iyulun 23-ü, Ağdamın işğalı günündə "Qarabağ"ın Norveçin "Rusenborq" komandası ilə oyununu. Oyundan bir gün qabaq Aqil Abbasla birlikdə oyunçularla görüşmüşdük. Mən orada demişdim ki, sabah bütün stadion dolacaq, mənim adaşım Rəşad Sadıqov bir qol vuracaq və biz 1:0 udacağıq. Oyun günü də bunu qəzetlər yazmışdı. Dediyim kimi də oldu!!! Səhərisi gün "Yeni Müsavat" qəzetində Xalid Kazımlı "Samir Sarı" imzası ilə "Bir Rəşadın falı, bir Rəşadın qolu" adlı məqalə yazdı. O zamanlar məndən soruşmuşdular ki, bunu necə hiss etdiniz. Demişdim ki, son 15 ildə heç vaxt Allaha bu qədər səmimi qəlbdən, saf, təmənnasız yalvarmamışdım. Sonra Rəşad Sadıqov da müsahiblərində demişdi ki, topun qapıya girəcəyini mən də təxmin eləmirdm. Bu, nəsə başqa cür oldu. "Rusenborq"un qapıçısı isə demişdi ki, o top qapıya girməməli idi, onu külək elədi.)) 10 il qabaq baş verən bu hadisədə mistik məqam indiyədək beynimdə yaşayır. Rəşadla görüşümüzdə bunları ona da dedim. Əlavə elədim ki, həmin gün - Ağdamın işğalının 16-cı ildönümündə sən o qolla yüzminlərlə insanı sevindirdin. Və bu qədər insanı sevindirmək, xoşbəxt etmək missiyası həyatda hər adama nəsib olmur. Məncə, bu, Tanrının Rəşad Sadıqova bəxş etdiyi bir lütf idi!"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar