Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Corc Mayklın hər kəsi heyran qoyan GİZLİ QƏHRƏMANLIĞI: üzünü gizlədər və...

Tarix: 28-01-2019 16:46     Baxış: 3211 A- / A+
Corc Mayklın hər kəsi heyran qoyan GİZLİ QƏHRƏMANLIĞI: üzünü gizlədər və...


2016-cı ildə dünya şöhrətli britaniyalı müğənni Corc Maykl dünyasını dəyişdi. Milyonların pərəstiş etdiyi Corc olduqca parlaq, eyni zamanda qaranlıq sima idi. Razılaşın, hər birimizin gizli yönləri var.

Təəssüf ki, əsil adı Yorqos Kiriakos Panayotu olan müğənni 53 yaşında dünyasını dəyişir. Yarım əsrdən 3 il artıq müddətdə Maykl cəmyyətin oxuyan səsi olmaqla yanaşı minlərlə insanın qəhrəmanına çevrilməyi bacardı.

Amma onun xeyriyyəçiliyi çox az adama aşkardır.

Corc Mayklın gizli qəhrəmanlığı barədə yazını təqdim edirik

Karyerası boyu məşhur müğənni milyonlar qazanıb. Lakin pul onun üçün heç vaxt özünü sübut vasitəsi olmayıb. Əksinə qiymətli kağız parçasını dünyanı çirkabdan qurtaran vasitə sayıb. Heç vaxt ailə qurmayıb, övladları da olmayıb. Amma sərvətini xərcləməyə minlərlə insan tapıb.

Qəlbiaçıq, yardımsevər Corc tibb mərkəzlərə və xeyriyyə təşkilatlarına himayədarlıq edirdi. Bununla da qalmır, acı taleyi hisslərinə toxunan köməksizlərə də anonim şəkildə yardım edirdi. Hətta şou proqramları izləyir, müalcəyə ehtiyacı olanların hesabına anonim şəkildə pul köçürdərdi. Minlərlə valideyn himayəsindən məhrum britaniyalı uşaq, Corcun sərvəti hesabına böyüyür. Hətta bəzən uşaq evinə gələr, üzünü eynək və papaqla gizlədib uşaqlara qulluq edərmiş.

Həyatının son illərində Corcun anası ağır xəstəliyə yaxalanır. Müğənni sevimli anasını Londonun ən bahalı klinikalarının birində müalicə etdirir. Anası dünyasını dəyişəndən sonra isə təşəkkür əlaməti olaraq xəstəxananın həkim və tibb bacıları üçün pulsuz konsert verir.

Bəli, Corc homoseksual idi. Yaxın dostu Fredi Merkurinin qorxunc QİÇS virusundan dünyasını dəyişdiyini bildiyi üçün bu mövzuya da çox həssas yanaşırdı. Bu xəstəlikdən əziyyət çəkənlərin də gizli qəhrəmanı idi.

Corc axşamlar Londonun kasıb məhəllələrindəki kafelərdə qəhvə içməyi sevərdi. Günlərin bir günü kafedəki ofisiant qızın tələbə olduğunu və ağır güzəran ucbatından bu işi gördüyünü öyrənir. Ona külli miqdarda pul verib, fikrini təhsilinə cəmləməsini tövsiyə edir.

Doğrudur, biz incəsənət nümayəndələrini sırf onların istedadına görə sevirik. Amma belə incə məqamlar da pərəstiş etməyimiz üçün əla səbəbdir. ./publika


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar