Xəbər lenti
DTX-dan gömrükçülərə qarşı sensasion əməliyyat –1 nəfə həbs olundu, 4-ü istintaqa cəlb edildi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Astara sərhəd nəzarət-buraxılış məntəqəsində əməliyyat keçirib.
Manevr.az report-a istinadən xəbər verir ki, əməliyyat zamanı 5 nəfər saxlanılıb.
Belə ki, Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən ölkəyə qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirən Amur Məcidov DTX əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, A.Məcidov Ümrə ziyarətindən geri dönərkən Səudiyyə Ərəbistanından qızıl-zinət əşyalarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirib.
A.Məcidovun bu əməli Astara sərhəd nəzarət-buraxılış məntəqəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi məlum olub.
Nəticədə A.Məcidov və Astara sərhəd nəzarət-buraxılış məntəqəsinin 4 əməkdaşı saxlanılıb.
A.Məcidov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
4 nəfər gömrük əməkdaşı isə istintaqa cəlb olunub.
İstintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































