Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Avropada yaşayan azərbaycanlıların narahatlığı səfirə çatdırıldı

Tarix: 26-01-2019 23:22     Baxış: 3368 A- / A+
Avropada yaşayan azərbaycanlıların narahatlığı səfirə çatdırıldı

Avropa Azərbaycanlıları Konqresinin rəhbərliyi Gürcüstanın Haaqadakı səfiri ilə görüşüb.

Avropa Azərbaycanlıları Konqresinin Mətbuat Xidmətindən modern.az-a verilən məlumata görə, yanvarın 25-də Konqresin prezidenti Sahil Qasımov və idarə heyətinin üzvü, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov Gürcüstanın Haaqadakı Fövqəladə və Səlahiyyətli səfiri Georgi Şarvaşidze ilə göruşüblər.

Görüş zamanı Sahil Qasımov qeyd edib ki, Axalkalakinin Buqaşen gəsəbəsində Azərbaycanın ərazi bütövlüyünün pozulmasında iştirak etmiş erməni Mixail Avaqyana qoyulan heykəl Avropada yaşayan etnik azərbaycanlıların narahatlıgına səbəb olub. Azərbaycan və Gürcüstan arasında strateji müttəfiqlik əlaqələri mövcuddur. Bu iki xalq qardaş xalqlardır və qardaşlığın pozulmaması üçün bu cür halların qarşısı alınmalıdır- deyə S.Qasımov bildirib.

Görüş zamanı Gürcüstanın Haaqadakı yüksək rütbəli diplomatı Azərbaycan və Gürcüstan dövlətlərinin dostluğunun möhkəmliyindən danışıb və bu dostluğun dəfələrlə tarixin cətin sinaqlarından şərəflə çıxdığını qeyd edib. Azərbaycanla Gürcüstan arasında əlaqələrin zəngin tarixə malik olduğunu vurğulayaraq, dostluq münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Georgi Şarvaşidze iki dövlət arasında münasibətlərin ciddiliyini nəzərə alaraq məsələ ilə bağlı araşdırma aparıldıgını qeyd edib.

Georgi Şarvaşidze ilə söhbət əsnasında Sahil Qasımov GUAM təşkilatının — Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997-ci ildə Strasburqda Birgə Kommunike imzalamasını xatırladaraq Avropada məskunlaşmış Gürcüstan və Azərbaycan diasporunun birgə fəaliyyət göstərməsinin zəruriliyini vurğulayıb.

Daha sonra Sahil Qasımov və Elsevər Məmmədov Avropada fəaliyyət göstərən Gürcüstanınn "Bagration" təşkılatının sədri Maya Adiaşvili ilə mövcud problem barədə müzakirələr aparıb.

Xanim Adiaşvili bildirib ki, bu ağlasığmaz bir addımdır və ümid edirəm ki, bu məsələ tezliklə öz həllini tapacaq.

Maya Adiaşvili söz verib ki, Avropa azərbaycanlılarının narahatlığını öz ölkəsinə bildirəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar