Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident fərmanı: bütün notariuslar ləğv edildi?

Tarix: 26-01-2019 08:50     Baxış: 3283 A- / A+
Prezident fərmanı: bütün notariuslar ləğv edildi?

Prezident İlham Əliyevin imzaladığı fərmanla notariat kontorlarının ləğv ediləcəyi haqda məlumat bəzi vətəndaşlarda sual doğurub. Belə ki, vətəndaşlar sözügedən fərmanı ölkə ərazisində bütün notariat kontorlarının ləğv olunması kimi başa düşüb.
Məsələ ilə bağlı axar.az-a danışan hüquqşünas Səməd Vəkilov bildirib ki, fərman yalnız dövlət notariuslarına şamil olunacaq:

“ASAN Xidmətə paralel olan xidmətlərin son dövrlər aparılan islahatlarla bağlı ləğv edilməsi çox təqdirəlayiq haldır. Eyni xidmətlərin həm ASAN Xidmətdə, həm də digər qurumlarda olması məqsədəuyğun deyildi. ASAN Xidmət dövlət büdcəsindən maliyyələşirsə, ikinci belə xidmətlərə ehtiyac yoxdur. Notariusların fəaliyyəti ilə bağlı məsələdə cəmiyyətdə yanlış anlaşılmalar var. İnsanlar elə bilir ki, bütün notariuslar ləğv edilib.

Bakı şəhərində fəaliyyət göstərən notariusların 95 faizindən çoxu özəl notariuslardır. Dövlət notariusları şəhərdə cəmi bir neçə yerdədir. Həmin sərəncamla dövlət notariuslarının fəaliyyətinə son qoyulub. Regionlarda ASAN Xidmət mərkəzləri olmayan yerlərdə notariusların fəaliyyəti dayandırılmayacaq”.

Hüquqşünasın sözlərinə görə, sözügedən fərman ASAN Xidmətlə özəl notariuslar arasında rəqabətə səbəb olacaq:

“Özəl notariusların qalmasını alqışlayıram, çünki bu, rəqabət mühitini dərinləşdirəcək və nəticədə xidmətin keyfiyyəti yüksələcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmana əsasən, Azərbaycanın bəzi yerlərində notariat kontorları ləğv olunub. Fərmana əsasən, həmin qurumların xidmətləri yalnız ASAN Xidmət mərkəzlərində həyata keçiriləcək. Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərlə bağlı təkliflərini 3 ay müddətinə Prezidentə təqdim etmək tapşırığı verilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar