Xəbər lenti
Sakinlər Rəsulzadənin qalmaqallı barelyefini yerindən çıxartdı – Rəsmi açıqlama -ŞƏKİLLƏR
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində yaşadığı evinin qarşısındakı oğurlanan barelyefinin yerinə asılan yeni lövhə narazılığa səbəb olub.
Manevr.az xəbər verir ki, yeni vurulan barelyefdə Azərbaycan Xalq Cümhuriyyəti “Azərbaycan Dövlət Cümhuriyyəti” kimi yazılıb. Həmçinin Müsavat Partiyası “Milli Müsavat Partiyası”, “Məhəmməd Əmin Rəsulzadə” isə “Məmmədəmin Rəsulzadə” kimi qeyd olunub.
Novxanı kənd 1 №-li tam orta məktəbdən unikal.org-a bildirib ki, sözügedən yazını bu məktəbin müəllimləri yazıb.
Bildirilib ki, Novxanı Bələdiyyə sədri Şahin Tağıyev adıçəkilən təhsil müəssiəsinə barelyefin üzərində Məhəmməd Əmin Rəsulzadə barədə məlumat yazmaq üçün müraciət edib. Həmin vaxt orada tarix müəllimləri olmadığı üçün bu yazını informatika və ibtidai sinif müəllimləri yazıblar. Bu cümlələrin yazılmasında isə texniki səhv olub. Çünki həmin vaxt köhnə barelyefin üzərindəki yazıları internetdə dəqiq oxuya bilməyən müəllimlər bu cür yazılmağına qərar veriblər.
Qeyd edək ki, qəsəbə sakinləri yeni barelyefi divardan çıxararaq müvafiq quruma təhvil veriblər. Onlar barelyefin yenidən hazırlanmasını tələb ediblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar