Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Çaylarda suyun səviyyəsi artıb

Tarix: 25-01-2019 10:55     Baxış: 3157 A- / A+
Çaylarda suyun səviyyəsi artıb


Çaylarda suyun səviyyəsi dəyişib.

Manevr.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-130 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 125 kub.m/s olmaqla ongünlük normanın 78 faizini təşkil edib. 2018-ci ildə isə bu rəqəm 177 kub.m/s olmaqla ongünlük normanın 111 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 57,0 kub.m/s olmaqla, ongünlük normanın 85 faizini təşkil edib. 2018-ci ildə isə bu göstərici 71 kub.m/s təşkil edərək ongünlük normanın 106 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Salyan məntəqələrində 6, Şirvan və Araz çayının Novruzlu məntəqələrində 4, Bankədə isə suyun səviyyəsində 8 sm artım qeydə alınıb.

Surra məntəqəsində suyun səviyyəsi 434 sm (2018-ci il yanvarın 18-də 386 sm), Şirvanda 303 sm (2018-ci il yanvarın 18-də 255 sm), Salyanda 278 (2018-ci il yanvarın 18-də 219 sm), Bankədə 253 sm (2018-ci il yanvarın 18-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 153 sm (2018-ci il yanvarın 18-də 118 sm) təşkil edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar