Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rəsulzadənin yeni barelyefi narazılıq yaratdı -ŞƏKİL

Tarix: 25-01-2019 07:55     Baxış: 4251 A- / A+
Rəsulzadənin yeni barelyefi narazılıq yaratdı

Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin vaxtilə Novxanıda yaşadığı evinin önündən oğurlanmış barelyefinin yerinə yanvarın 25-də yenisi vurulub.
Bu barədə modern.az-a Novxanı bələdiyyəsindən məlumat verilib. Bildirilib ki, yeni barelyef mərmərdən düzəldilib.

Ancaq yeni barelyefdə qeyd edilən sözlər sosial şəbəkələrdə ciddi narazılıq doğurub. Belə ki, Novxanı bələdiyyəsinin hazırlatdığı mərmər barelyefdə “Azərbaycan Dövlət Cümhuriyyəti” sözlərinin yazılmasına etiraz edilib.

Halbuki, barelyefdə “Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan Demokratik Respublikası” və ya sadəcə “Azərbaycan Cümhuriyyəti” yazıla bilərdi.

Barelyefdə Məhəmməd Əmin Rəsulzadənin ad-soyadının da qısaldılaraq “Məmmədəmin Rəzulzadə” kimi yazılması da sosial şəbəkələrdə narazılıq doğuran digər amil olub.

Ümumiyyətlə, barelyefdəki sözlərin savadsızcasına yazıldığını bildirən sosial şəbəkə istifadəçiləri Novxanı bələdiyyəsinin bu hərəkətini pisləyiblər.

Xatırladaq ki, yanvarın 15-nə keçən gecə Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefi oğurlanmışdı.

Abşeron rayonu Polis İdarəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini 2 nəfər saxlanılıb.

Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir.

Oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir.

Xatırladaq ki, ötən illərdə bəzi tanınmış simalar dəfələrlə müvafiq qurumlar qarşısında Rəsulzadənin doğulub, boya-başa çatdığı həmin evin muzeyə çevrilməsi təşəbbüsü ilə çıxış ediblər.
Rəsulzadənin yeni barelyefi narazılıq yaratdı


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar