Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Məclis anti-Avropa bəyanatı yayıb

Tarix: 15-11-2016 17:50     Baxış: 2376 A- / A+
Milli Məclis anti-Avropa bəyanatı yayıb


"Son dövrlərdə Azərbaycanın Milli Məclisi ilə Avropa Parlamenti (AP) arasında əlaqələrin bərpa olunması və müsbət dinamika qazanması AP daxilində bəzi qüvvələri və bir sıra anti-Azərbaycan dairələrini narahat edir.

Bu isə son nəticədə AP Plenar Sessiyasında qəbul edilməsi nəzərdə tutulan “Dünyada insan hüquqları və demokratiya və Avropa İttifaqının bu sahədəki siyasəti üzrə illik hesabat” adlı sənədə verilən bəzi düzəlişlərdə ölkəmizin adının qəsdən mənfi kontekstdə hallandırılmasında özünü büruzə verib. 2015-ci ili əhatə edən bu hesabat layihəsində ümumilikdə Azərbaycan ilə bağlı narahatlıq doğuran hər hansı fikir mövcud deyildir.

Lakin hesabatın layihəsinə bir neçə deputat tərəfindən edilən 104 və 750 saylı düzəlişlər birbaşa ölkəmizə qarşı qərəzli olub və subyektiv xarakter daşıyıb".

Bu fikirlər Milli Məclisin yaydığı bəyanatda yer alıb.

"Bu ilin sentyabr ayında Azərbaycana səfər edən AP heyətinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilməsi və ikitərəfli münasibətlərimizə dair konseptual yanaşmanı avroparlamentarların diqqətinə çatdırması AP ilə Milli Məclis arasında münasibətlərin bərpasına zəmin yaradıb. Bu, eyni zamanda Azərbaycanın mövqeyinin AP-də daha aydın anlaşılmasına və ölkəmizlə hərtərəfli əməkdaşlığı dəstəkləyən qüvvələrin artmasına gətirib çıxarıb. Məhz bunun nəticəsi olaraq qeyd edilən düzəlişlər AP-nin öz üzvləri tərəfindən də müsbət qarşılanmayıb", - bəyanatda vurğulanıb.
Sənəddə qeyd olunub ki, məsələ ilə bağlı Milli Məclis rəhbərliyi tərəfindən də müvafiq addımlar atılıb: "Eyni zamanda, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tərəfindən AP-nin Xarici Əlaqələr Komitəsinin sədri Elmar Broka, Avropa İttifaqı (Aİ)-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev tərəfindən Avropalı həmkarı Səyyad Kərimə, Avronest PA-dakı nümayəndə heyətimizin rəhbəri Fuad Muradov tərəfindən təşkilatın həmsədri Heydi Hautalaya məsələ ilə bağlı məktublar ünvanlanıb.

Vaxtında atılmış addımlar və görülmüş qabaqlayıcı tədbirlər nəticəsində sözügedən düzəlişlər AP-nin Xarici Əlaqələr Komitəsinin iclasında dəstək görməmiş və səsvermə ilə rədd edilib.

Bu hadisə bir daha göstərir ki, Aİ ilə Azərbaycan, o cümlədən AP ilə Milli Məclis arasında münasibətlərin hərtərəfli inkişafında maraqlı olan rasional qüvvələr artıq daha güclüdür. Həmçinin Aİ və onun strukturları ilə münasibətlərimizin Prezident İlham Əliyevin müəyyən etdiyi xətt üzrə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün siyasi iradə qarşılıqlıdır".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar