Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Türk müğənni Hüseyn Əzizoğlunun Qarabağla bağlı qalmaqallı videosunu sildirdi

Tarix: 24-01-2019 10:46     Baxış: 3296 A- / A+
Türk müğənni Hüseyn Əzizoğlunun Qarabağla bağlı qalmaqallı videosunu sildirdi


Türk müğənni İnzar Sur tanınmış bloger Hüseyn Əzizoğlunun videosunu sildirib.

Manevr.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə müğənni özü məlumat verib. İnzar bildirir ki, blogerin üzərində Qarabağ yazılmış köynəklə çəkdiyi qalmaqallı vayn onu qəzəbləndirib. Çəkilən videoda mahnısından istifadə olunduğunu görən İnzar müəllif hüquqlarından istifadə edərək videonu sildirib.

Müğənninin məsələ ilə bağlı açıqlamasını təqdim edirik:

"Qarabağ, həm Türkiyənin, həm də Azərbaycanın ortaq ağrısı, ortaq yarasıdır. Daha əvvəl hazırladığım bir mahnım azərbaycanlı qardaşlarım tərəfindən sevilib, bəyənilib. Bir neçə azərbaycanlı Instagram fenomeni (@sabir_samiroglu, @mensur_sherif) mahnımdan istifadə edərək dəstək olub. Onlara təşəkkür edirəm. Ancaq fenomen olduğunu düşünən Hüseyn Əzizoğlu adlı şəxs mahnımdan istifadə edərək vayn çəkib. Videonun sonunda Qarabağ yazılı köynəyi çılpaq şəkildə beldən aşağı hissəsinə bağlayıb.

Bu addım həm azərbaycanlı qardaşlara, həm də türk xalqının mənəviyyatına hörmətsizlikdir. Bu cür hallara heç bir güzəşt etməmişəm, etməyəcəm. Mənim üzərimə düşən vəzifə bu videonun silinməsi idi və mən bu kobudluğu aradan qaldırmaq məcburiyyətində oldum. Lazımi yerlərlə görüşün nəticəsi olaraq Youtube-dan videonu sildirdim. Bu cür videoda mahnımın istifadə edilməsinə görə həm Azərbaycan, həm də türk xalqından üzr istəyirəm. Biz iki dövlət, bir millətik".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar