Xəbər lenti
Novruz Məmmədov 3 nazirliyə tapşırıq verdi

Azərbaycanda yeni dövlət agentliyi yaradılacaq.
Manevr.az xəbər verir ki, bu, prezident İlham Əliyevin imzaladığı "İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” fərmanda əksini tapıb.
Baş nazir Novruz Məmmədov fərmanın icrası ilə bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin nizamnaməsinin və strukturunun layihəsini, o cümlədən nizamnamə fondunun miqdarı barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. Eyni zamanda Agentlik tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı barədə təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































