Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Prezidentdən qərar: Bu institutun adı dəyişdirildi

Tarix: 14-11-2016 21:34     Baxış: 1394 A- / A+
Prezidentdən qərar:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adının dəyişdirilməsi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Manevr.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılsın.

2. “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddələr 428, 431, № 8, III kitab, maddə 614; 2001, № 7, maddə 459; 2006, № 9, maddə 743; 2007, № 10, maddə 945; 2008, № 6, maddə 496; 2009, № 9, maddə 687; 2011, № 2, maddə 85; 2014, № 4, maddə 364, № 9, maddə 1064; 2015, № 7, maddə 842) 17-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“17. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılsın.”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin",- fərmanda qeyd edilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar