Xəbər lenti
"Gedin, Xoşqədəmi güllələyin..." - Rəşid Mahmudov
Tibb elmləri namizədi Rəşid Mahmudov vaxtilə ekspert kimi çıxış etdiyi “Sənin axtarıram” verilişi ətrafında yaranan qalmaqala münasibət bildirib.
R.Mahmudov AzVision.az -a açıqlamasında həmin verilişdə insan talelərinin səhnələşdirilməsindən bixəbər olduğunu deyib: “Kim nə edibsə, mən onların işlərinə qarışmamışam. Hərə özünə cavabdehdir. Videosu yayılan səhnə indiyə kimi yadımdadır. Həmin kişi sərxoş idi, səhnəyə pis gündə gəlmişdi. Ayaqüstə dura bilmirdi. Deyəsən altına batırmışdı. Buna görə də onu əlil arabasına qoyub, üstünü örtdülər ki, bilinməsin. Həmin səhnədə həkim deyir ki, dərman vuraq yatsın. Səhnə şəraitində kişinin ayaqüstündə durması mümkün deyildi”.
Tibb elmləri namizədi bildirib ki, Xoşqədəm Hidayətqızını ondan çox tənqid edən yoxdur: “Xoşqədəmi məndən çox tənqid edən yoxdur . Ona həmişə deyirdim ki, millətə çox əzab verirsən, insanlar bu verilişə baxıb, pis olurlar. Hətta elə insan olub ki, Xoşqədəmin verilişinə baxıb, infarkt keçirib. Xoşqədəmə dəfələrlə iradlarımı bildirmişəm. Deyirdim ki, vəziyyəti dramatikləşdirmək lazım deyil. Buna baxmayaraq, o yaxşı jurnalistdir. Onun özünə, sənətinə hörmət edirəm. Bəlkə, haradasa səhvi olub, deyə bilmərəm. Nə edək? Onu yıxıb-sürüməklə əlimizə nə keçəcək. Yaxşı, gedin, onu güllələyin. Bununla ürəyiniz rahat olacaqmı? Bir adam yaxşı işləyirsə, onu məhv etmək lazım deyil. Yenə deyirəm ki, onu məndən çox tənqid edən yoxdur. Amma düz danışmaq lazımdır. Onun bu verilişlərin hazırlanmasında əziyyəti böyükdür”.
Qeyd edək ki, Xoşqədəm Hidayətqızının 2014-cü ildə “Səni axtarıram” verilişində efirə gedən materialın kadrarxası görüntüləri yayılıb. Videoda reallığı əks etdirməyən kadrlar yer alıb. Məlum olub ki, bir çox məqamlar səhnələşdirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar