Xəbər lenti
Yeni fərman - bu idarələr də ləğv edildi
Nazirliyin nəzdnindəki bəzi mərkəzlər isə birləşdiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumlardan 1-i ləğv edilir, 3-ü isə birləşdirilir. Bu, prezident İlham Əliyevin imzaladığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanda əksini tapıb.
Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi ləğv edilir. Bununla bağlı Nazirliyə bir ay müddətində tədbirlər görməsi tapşırığı verilib.
Eyni zamanda Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi və Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq sosial xidmət müəssisələrinin əsasında vahid qurumun yaradılmalıdır. Bu bir ay müddətində təmin edilərək prezidentə məlumat verməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hər üç müəssisədə işləyən işçilərin bu fərmana əsasən yaradılacaq vahid qurumda müvafiq vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görmək, bu fərmanda nəzərdə tutulan tədbirlərin nəticəsi barədə bir ay müddətində Prezidentə məlumat vermək tapşırılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar