Xəbər lenti
Milli Şura mitinq keçirdi

Bu gün Milli Şura quruma daxil olan partiya və birliklər, həmçinin quruma daxil olmayan Müsavat və Real partiyaları ilə birlikdə Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirib.
Mitinqdə "Siyasi məhbuslara azadlıq!", "Mehmana azadlıq!" və digər şüarlar səsləndirilib. Mitinqdə sabiq daxili işlər naziri İsgəndər Həmidov, Real Partiyasının sədri İlqar Məmmədov, Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və digər siyasi şəxslər çıxış ediblər. Onlar çıxışlarında tələb və təkliflərini səsləndiriblər.
Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı açıqlama yayıb. Açıqlamanı təqdim edirik:
"Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar