Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Şəkidə gənclərlə bağlı yeni layihəyə start verilib

Tarix: 14-11-2016 15:43     Baxış: 2429 A- / A+
Şəkidə gənclərlə bağlı yeni layihəyə start verilib



“İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyilə “Gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması” adlı yeni layihənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir Şəki şəhərində baş tutub. Tədbirdə yerli icra orqanlarının nümayəndələri, gənc sahibkarlar və QHT fəalları iştirak ediblər.

“İnfotex” GMİB-nin sədri Seymur Verdizadə əvvəlcə layihə barədə məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd kiçik biznes quruculuğunda və kənd təsərrüfatının inkişafında gənclərin rolunu artırmaq, kənd təsərrüfatı yönümlü gənc sahibkarları maarifləndirmək, onları beynəlxalq təcrübə ilə tanış etmək, konsaltinq və innovasiya xidmətləri göstərməkdir. S.Verdizadə deyib ki, layihə 3 ay ərzində Şəki, Cəlilabad, Masallı, Göyçay və Tovuz şəhərlərində icra olunacaq.

Layihənin eksperti Teyyub Mirqasımov deyib ki, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi üçün onların məlumatlandırılması və biliklərinin artırılması vacib şərtdir: “Gənclər ilk növbədə regionun coğrafiyası ilə ətraflı tanış olmalı və bu coğrafiyaya uyğun biznes qurmağa qərar verməlidirlər”.

Ekspert gənc sahibkarlara tövsiyə edib ki, rayonların coğrafiyasına uyğun olaraq emal sənayesinə maraq göstərsinlər. Çünki sənayenin bu qolu hələ lazımı inkişaf səviyyəsinə çatmayıb. Üstəlik də, emal sənayesinin inkişafı aqrar sektorun inkişafını stimullaşdırır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar