Xəbər lenti
“YouTube” təhlükəli videoları qadağan etdi
“YouTube” təhlükəli və əsəbi zəif olanlara pis təsir göstərən videoçarxlara qadağa qoyub.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, buna səbəb “çellenc” videolarının bəzən ağır xəsarət və ölüm halları ilə nəticələnməsidir.
“Google” korporasiyasının sahib olduğu şirkət platformada belə materiallara yer olmadığını bildirib.
Ekspertlər hesab edir ki, korporasiyanın bu qadağanı tətbiq etməsi elə də asan olmayacaq, çünki hansı videonun zərərli, hansı videonun zərərsiz olmasının müəyyən edilməsində çoxsaylı qərəzlər və ziddiyyətlər ortaya çıxa bilər.
“Məzəli videoların sərhədi keçib ziyanlı və təhlükəli olmasına imkan vermirik. Bu, hər zaman bizim şirkətin siyasəti olub.
Bizim şəbəkənin nizamnaməsi ağır nəticələrə yol aça bilən təhlükəli hərəkətlərə həvəsləndirən kontenti qadağan edir.
Təhlükəli çellenclərin və pranklərin hansı anlama gəldiyi daha aydın şəkildə izah olunacaq”, - deyə şirkətin bəyanatında deyilir.
May ayında Minnesota ştatından olan 20 yaşlı Monaliza Perez “YouTube”da məşhurlaşmaq üçün çellenc videosu çəkən zaman sevgilisi Mario Ruizi atəş açaraq qətlə yetirib.
O, qalın ensiklopediya kitabının güllənin qarşısını alacağını düşünsə də, təhlükəli fənd faciə ilə nəticələnib.
Ötən il isə yuyucu kapsulaların yeyilməsi ilə bağlı “çellenc” ABŞ-da kütləvi zəhərləmə hallarına yol açmışdı
“YouTube”un siyasətini sərtləşdirməsinə bu yaxınlarda “Bird Box” qorxu filmindən ilhamlanaraq ərsəyə gətirilən çellenc təsir göstərib. Həmin çellencə görə, insanlar gözlərini bağlayaraq müxtəlif təhlükəli fəndlər yerinə yetirir, avtomagistralda gözübağlı maşın idarə edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar