Xəbər lenti
Vaflilər niyə yanır? AQTA iddiaları cavablandırdı / ÖZƏL
Bir neçə gün öncə sosial şəbəkələrdə sevilən qidalardan biri olan vaflinin yanması ilə bağlı videolar yayılıb. Bildirilir ki, vaflinin bu cür yanması onun tərkibində insan orqanizmi üçün hansısa zərərli maddənin ola biləcəyi ehtimalını yaradır.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentiyinə (AQTA) müraciət etdik. AQTA-dan Manevr.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vaflinin yanması onun təhlükəli qida olmasının göstəricisi deyil. Belə ki, vafli qidalı, yüкsək kalorili və asan həzm olunan çoхməsaməli, səthi şəbəkəli məmulatdır. Bəzəkli və içlikli vaflilərdə şokolad, qəhvə, meyvə-giləmeyvə yarımfabrikatları, qoz, badam, müхtəlif tamlı və ətirli maddələr istifadə edilir.
Vaflinin dad və quruluşuna təsir edən əsas komponentlərdən biri də yağdır. Yağlar vafliyə yumşaqlıq verməklə yanaşı, xəmirin məsaməliliyini artırır. Burada müxtəlif təsirlərə dözümlü qatı bitki yağlarından istifadə edilir. Yağ, vaflinin tərkibində qluten və nişastanın birləşərək kütlə əmələ gətirməsinin qarşısını alaraq onu yumşaq və asan həzm olunan edir. Həm tərkibində yeyinti yağları olması, həm vafli təbəqələri hazırlanarkən bişirilmə qablarının yağlanması, eyni zamanda mövcud CH (karbohidrat) qruplarının havanın oksigeni ilə asanlıqla reaksiyaya girməsi vaflinin yanmasına səbəb olur.
Ümumiyyətlə qida məhsullarının tərkibində yağlar olduğundan onların yanması tamamilə təbii haldır. Məhsulun yanması onun təhlükəsizlik və ya keyfiyyət göstəricisi hesab oluna bilməz. Qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini yalnız laborator müayinələr və analizlər vasitəsi ilə müəyyənləşdirmək mümkündür.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar