Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Tarix: 15-01-2019 20:58     Baxış: 2225 A- / A+
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib


Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib.

Manevr.az-ın verdiyi xəbərə görə, Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyiblər.

Qəbula gəlmiş məcburi köçkün vətəndaşların müraciəti, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, kommunal xidmətlər və digər məsələlərin həlli ilə bağlı olub.

Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial problemlərinin həllini daim diqqətdə saxladığı qeyd edilib, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət büdcəsindən zəruri vəsait ayrıldığı bildirilib. İndiyədək 300 minə qədər məcburi köçkünün yeni ev və mənzillərlə təmin olunduğu, bu prosesin davamlı xarakter daşıdığı diqqətə çatdırılıb. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də qəzalı vəziyyətdə olan bina və tikililərdə ən ağır şəraitdə yaşayan məcburi köçkünlərə xüsusi həssaslıqla qayğı göstərdiyi, yeni salınmış qəsəbələrdə onların birinci növbədə mənzillə təmin edilməsi barədə tapşırıq verdiyi və bu tapşırığın icrasının davam etdirildiyi xatırladılıb.

Vətəndaşlar fərdi qaydada qəbul edilib və hər birinin müraciəti müvafiq qaydada qeydə alınıb. Komitə sədri müraciətlərdə qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun şəkildə həll edilməsi üçün şöbə və departamentlərə tapşırıq verib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar