Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat Tahir Kərimlidən daha bir TƏKLİF: “Ədavət və nifrət hisslərindən imtina edilməli...”

Tarix: 15-01-2019 15:13     Baxış: 3299 A- / A+
Deputat Tahir Kərimlidən daha bir TƏKLİF:

“Bu gün qloballaşma vahid din, ideya, mədəniyyət, idarəetmə sistemi kimi bütün dünya ölkələrini qapsamışdır. Müəyyən müsbət cəhətlərini inkar etmədən, getdikcə daha çox dərəcədə millətlərin və xalqların özünəməxsusluğu itməkdədir. Dünyanı idarə edənlər öncələr beynəlxalq dünya təşkilatları - BMT, UNECKO, Dünya Bankı və digərlərini yaratmaqla öz dünya hakimiyyətlərini həyata keçirirdilərsə, indi bunu daha çox təsir imkanlarına malik olan internet, vahid valyuta vasitəsi ilə edirlər. Qloballaşma bütün millətlərin, xalqların və dövlətlərin tək maddi sərvətlərini deyil, həm də mənəvi zənginliklərini sümürgələməkdədir. Qloballaşma "Xortum qasırğası" tək bütün milli varlıqları məhv edərək, içinə sovurur”.
Manevr.az xəbər verir ki, bu sözləri modern.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri, Tahir Kərimli deyib.
Deputat bildirib ki, bu gün demək olar ki, bütün cəmiyyətlərdə özünü itirmə, dəngəsizlik, ideyasızlıq və pərakəndəlik hökm sürməkdədir:
“Millətlər istər-istəməz qloballaşmanın əsarətini qəbul ediblər. Sevgi və inam hissləri itməkdə, nifrət və bayağılıq artmaqdadır. Bu hallar Azərbaycandan da yan keçməyib. Ölkəmizdə insanlar daha çox dərəcədə müxtəlif ideoloji cərəyanların içinə düşüb çırpınmaqla, bataqlığa düşən insan kimi daha dərinə enməkdədirlər. Mənəvi aşınma Domokl qılıncı kimi başımızın üstünü kəsdirmiş, deqredasiya və degenerasiya prosesini gücləndirib. Bu bizim bütün sahələrdə milli problemlərimizin həllində vahid milli gücə çevrilməmizə mane olmaqdadır. Tarixən özünü itirmiş cəmiyyətlərdə toparlayıcı ideya və ya dövlət qurluşunu dəyişdirəcək hadisələr (müharibə, təcavüz) vasitəsi ilə böhrandan çıxılmasına cəhdlər edilib. Bu mənada "nə etməli", "nədən başlamalı" sualları aktuallıq kəsb edir. Bu sahədə on illərlə keçirdiyim həyəcan və düşüncələrimin təmərküzləşmiş nəticəsi olaraq milli özünüdərk prosesinin ictimai xarakter alması qənaətində və diləyindəyəm. Milli xarakteri bəlli xalqlar iqtisadi, siyasi, mənəvi və müdafiə sayəsində (avtonom da olsalar) vahid güc nümayiş etdirmək qabiliyyətində olurlar. Buna çox saylı misallar gətirmək olar. Düşünürəm ki, qlobal güclər və başqa millətlər qarşısında bayağı, estetik və texniki cazibədarlıq nəticəsində heyranlıq müstəvisinə perpendikulyar milli özünə tapınma oxunu möhkəmləndirməliyik”.
Tahir Kərimli deyib ki, Azərbaycanda problemlərin həlli istiqamətində atılan birinci addım kimi ədavət və nifrət hisslərindən imtina edilməli, sevgi və inam harmoniyasını yaratmaqla mədəni, məişət və bütün sahələrdə ana dilinin müqəddəs zəmini əsasında milli düşüncəmizi kamilcəsinə inkişaf etdirərək, doğma iç dünyamızın tükənməz qaynağından faydalanmaqla fikirdə, dildə və əməldə milli keyfiyətlərimizi inkişaf etdirməyi lazım bilir:
““ÖZÜMÜZƏ OXŞAYAQ" hərəkatına başlamaq milli özünəqayıdış, milli kimlik, özünüdərk və bu bünövrədə milli xarakterin tam formalaşdırılması prosesidir. Təsadüfi deyil ki, bunun üçün yeni doğulan uşaqlarımıza milli adlar qoyulmasından başlanılmasını təklif edirəm”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar