Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yüksək posta aparılan mətbuat katibləri

Tarix: 13-01-2019 16:21     Baxış: 3289 A- / A+
Yüksək posta aparılan mətbuat katibləri

Əvvəllər bir jurnalistin yüksələ biləcəyi ən böyük vəzifə mətbuat katibliyi sayılırdısa, son bir il ərzində bir neçə tanınmış jurnalistimiz elə birbaşa mətbuat katibliyindən yüksək vəzifəyə təyinat alıb.

Manevr.az
onların siyahısını təqdim edir.

30 oktyabr 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla Tahir Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.

T.Məmmədov bu təyinatadək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri vəzifəsində işləyirdi.

Daha əvvəl isə o, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb.

Nazirliyə gəlməzdən öncə T.Məmmədov İctimai Televiziyada müxtəlif vəzifələrdə olub, departament direktoru və “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri kimi fəaliyyət göstərib.

Etimad göstərilərək yüksək posta gətirilən mətbuat katiblərindən biri də Hikmət Hacıyevdir. 26 noyabr 2018-ci ildə Prezident İlham Əliyev Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

H.Hacıyev 2014-2018-cil tarixlərində Xarici İşlər Nazirliyində mətbuat katibi postunda çalışıb. Son təyinatadək isə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsində müdir müavini vəzifəsini tuturdu. O, 2018-ci ilin sentyabrında həmin posta aparılmışdı.

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin əvvəlki müdiri Novruz Məmmədovun Baş nazir təyin olunmasından sonra həmin vəzifə boş qalırdı.

Növbədi mətbuat katibi isə icra başçısınını müvaini postuna gətirilib. Belə ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsindən Səbail rayon İcra Hakimiyyəti başçılığına təyinat alan Vüqar Zeynalovun müvafiq əmrilə 14 dekabr 2018-ci ildə Vüqar Şıxəmmədov onun müavini vəzifəsinə gətirilib. V.Şıxəmmədv bu təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub.

Sonuncu təyinat isə Anar Hüseynovla bağlıdır. Kənd təsərrüfatı naziri İnam Kərimovun müvafiq əmrilə qurumun İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib.

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə yaradılıb. Anar Hüseynov daha əvvəllər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("Asan Xidmət") İnformasiya təminatı şöbəsinin rəhbəri vəzifəsində çalışıb.modern.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar