Xəbər lenti
“Ürəkdən və cinsi orqandan bıçaqlamaq dəbə düşüb”
Deputat Fazil Mustafa əsgərlikdən yenicə qayıdan gəncin ötən gün bıçaqlanaraq öldürülməsinə münasibət bildirib.
Manevr.az xəbər verir ki, o, qeyd edib ki, son vaxtlar yeniyetmələr arasında özləri ilə bıçaq gəzdirmək halları artıb: "Orta məktəblərdə 10-11-ci sinif uşaqları arasında yəqin ki, buna səbəb sosial şəbəkələrdə, teleseriallarda oğru aləmində baş verənlərin mütəmadi işıqlandırılması, təbliğ olunmasıdır.
Ötən gün də Nizami metrosunda 22 yaşlı gənci ürəyindən bıçaqlayaraq öldürüblər. Cərrah tanışlarımızdan biri deyir ki, son zamanlar gənclər arasında ürəkdən və cinsi orqandan bıçaqlamaq dəb halını alıb. Ciddi narahatedici məsələdir, fikrimcə, valideynlər, məktəb müəllimləri, eləcə də Daxili İşlər Nazirliyinin müvafiq qurumları profilaktik tədbirləri gücləndirməlidir.
Hamımız nədənsə düşmüşük televiziyalarda Xoşqədəmlərin, Zaurların üstünə. Zövqünüzə uyğun gəlib-gəlməməni bir tərəfə buraxın, bu verilişlərdə heç olmazsa mərhəmət təbliğ olunur. Ən təhlükəlisi də oğru və qatil dünyasının prinsiplərinin, davranışlarının Azərbaycan, Rusiya və Türkiyə telekanalları vasitəsilə müxtəlif proqramlarda müntəzəm təbliğ olunmasıdır. Onların ədasını yeniyetmələr dərhal götürürlər və öz çevrələrində onların jarqonları ilə danışırlar.
Hazırda kitabçıların verdiyi bilgiyə görə ən çox satılan ədəbiyyat da həbsxana və ya kriminal aləmlə bağlıdır. Azərbaycanın böyük mütəfəkkirlərinin abidəsinə rast gəlmək çox vaxt müşkül məsələ olur, kriminal avtoritetlərin əksəriyyətinə dəyəri ağlagəlməz səviyyədə olan qəbirüstü abidələr ucaldılır. Hamısı təsiredici amillərdir, ona görə də hər bir valideyin evdən cəmiyyət içinə göndərdiyi övladların davranışlarını xoş niyyətlə diqqətə
almalıdır".(qafqazinfo)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar