Xəbər lenti
Beynəlxalq Türk Akademiyasının prezidenti Qazaxıstan Respublikasının Xarici İşlər naziri ilə görüşdü
Beynəlxalq Türk Akademiyasının prezidenti darxan Kıdırəlinin Qazaxıstan Respublikasının Xarici İşlər naziri Beybut Atamkulovla görüşü keçirilib.
Manevr.az xəbər verir ki, görüşdə TWESCO-nun 2018-ci ildə gördüyü işlər barədə hesabat müzakirə olunub və Akademiyanın gələcək işləri və nazirlikl bağlı əməkdaşlığı müzakirə edilib.
Eyni zamanda görüş çərçivəsində 2019-cu ildə Astanada keçiriləcək Ümumdünya Türkoloqlarının konqresinə hazırlıq msələləri müzakirə edilib.
İkitərəfli görüşdə qeyd olunub ki, Ümumdünya Türkoloqlarının Konqresi türk dünyasında çox böyük hadisə kimi dünya türkçülüyünə böyük töhvə və stimul verəcəkdir, Türk Dünyası üçün dünya türkologiyasını canlandırmaq, dünya türkologiyasının mövcud vəziyyəti, nailiyyətləri, problemləri və gələcək perspektivlərini dərindən təhlil etmək , həm də dünyada gedən proseslərə , bir çox problemlərin həllində fundamental müsbət nəticələrin alınmasına stimul verəcək bir hadaisə olacaqdır.
B.Atamkulov qeyd edib ki, türk əməkdaşlığı bu gün özünün yeni inkişaf mərhələsindədir. Qazaxıstan dövlətinin başçısı Nursultan Nazarbayev türkkologiya elmlərinin inkişafı üçün , türkçülüyün flaqmanı olan və bu prinsiplərin müddəalaraını özündə əks etdirən “Böyük Çölün 7 özəlliyi” adlı proqram məqaləsində türk xalqlarının yaxınlaşmasına böyük əhəmiyyət verərərk , türk xalqlarının yaxaınlaşması, qardaşlaşması üçün bütün əsas prinsipləri göstərib. Həmin proqramı yerinə yetirmək üçün nazirlik konqresin keçirilməsinə diqqətini və qayğısını əsirgəməyəcək.
Beynəlxalq Türk akademiyasının prezidenti Darxan Kıdıralı Qazaxıstanın Xarici İşlər nazirini Akademiyanın fəlaiyyətində verdiyi dəstəyə görə minnətdarlıq edib. Görüş çərçivəsində 2019-cu ilin ortalarında UNESKO-nun Bşa Qərargahı (Patisdə) “Böyük çöl: mədəni irs və dünya tarixində rolu” adlı beynəlxalq forumun keçiriləcəyi barədə də məlumatlandırıb.
Qeyd edək ki, Türk Akademiyası 2012-ci ildə Nursultan Nazarbayevin təşəbbüsü ilə yaranıb. Akademiya ictimai-himanitar elmlər sahəsində türkoloji elmlərin dövlətlərarası və etnik inteqrasiyaların mövcudluğunu müasir zamanda yayılması və qorunmasında ilk koordinator rolunu oynayır.
Onu da xatırladaq ki, dünyada ilk Türk Qurultayı 1926-cı ildə Bakı şəhərində keçirilib. Rəsmi Astana bu gün həmin ənəni davam etdirir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar