Xəbər lenti
Azərbaycana "donuz qripi"nə qarşı peyvənd gətirilibmi?

Azərbaycana "donuz qripi"nə (H1N1 virusu) qarşı peyvənd gətirilməyib.
Manevr.az xəbər verir ki, Səhiyyə Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda mövsümi qripin səviyyəsi ötən illərlə müqayisədə çox aşağıdır:
"Ümumiyyətlə, "donuz qripi" vaksinasiyası yoxdur. Ümumi qrip vaksinasiyası var ki, o da Azərbaycanda planlı şəkildə həyata keçirilməyib".
"Mövsümi qrip əleyhinə peyvənd var, istənilən vətəndaş özünü klinikalarda peyvənd etdirə bilər", - deyə nazirlikdən qeyd edilib.
Qeyd edək ki, bəzi saytlarda Azərbaycana "donuz qripi"nə (H1N1 virusu) qarşı peyvənd gətirilməsi barədə məlumat yayılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar