Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

iPhone-a görə böyrəyini satdı - ŞƏKİL

Tarix: 10-01-2019 14:19     Baxış: 3196 A- / A+
iPhone-a görə böyrəyini satdı - ŞƏKİL

Çində 25 yaşlı şəxs iPhone və iPad almaq üçün "qara bazarda" böyrəyini satıb.

İndi o, böyrək çatışmazlığından əziyyət çəkən əlildir.Sonxeber.az Daily Mail-ə istinadən bildirir ki, o, 2011-ci ildə, 17 yaşı olanda iPhone və iPad almaq fikrinə düşmüşdü. Belə bahalı qacetlər üçün valideynlərdə pul olmadığından gənc internetdə axtarış apararaq orqan tacirlərini tapıb. Onlar gəncə deyiblər ki, böyrəklərindən birini transplantasiya əməliyyatı üçün verərsə, yaxşı pul ala bilər.

Elə həmin ilin aprelində gənc valideynlərindən gizlin şəkildə qonşu vilayətə yollanıb. Orada gəncin böyrəyi kəsilib çıxarılıb, pasiyentə transplantasiya edilib. Pasiyent böyrəyə görə 10 min dollar, əməliyyata görə 150 min yuan ödəyib.Həmin pulların 10 faizi, yəni 22 min yuan (3218 dollar) gəncə verilib.

17 yaşlı gənc də dərhal iPhone 4 və iPad 2 alıb.

Bir müddət sonra onun səhhəti pisləşib. Gəncdə böyrək çatışmazlığı yaranıb, sonra da yeganə böyrəyi sıradan çıxıb. Hemodializ səbəbindən gənc sutkalarla çarpayıdan qalxa bilməyib.

Əməliyyatdan 7 il keçib və dövlətdən alınan müavinətlə yaşayan gəncin daimi quluğa ehtiyacı var.

Çin polisi gizli əməliyyatı təşkil etmiş üç vasitəçini və böyrəyin kəsilib götürülməsində iştirak etmiş iki həkimi həbs edib. Vasitəçilər 5 il, həkimlər isə 3 il müddətinə azadlıqdan məhrum olunub.

Əlil gəncin ailəsinə 1,47 milyon yuan (təqribən 215 min dollar) təzminat ödənib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar