Xəbər lenti
Cinsi aktivliyi artıran preparatlar həqiqətənmi ölümə səbəb olur?
Cinsi istəyən artıran preparatların da qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
"Dünyada, eləcə də Azərbaycanda cinsi istəyi artıran preparatlara hər zaman tələbat olub. Bu tələbatın fonunda cinsi aktivliyi artıran "Viaqra" kimi preparatların bəzi hallarda ölümə səbəb olduğu barədə müxtəlif xəbərlər dolaşır. Hətta məşhur personaların da bu preparatların qurbanı olduğu iddia olunur. Cinsi aktivliyi artıran preparatlar həqiqətənmi ölümə səbəb olur?"
Manevr.az "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki, bu barədə nevropatoloq Qalib Əsədov öz "Facebook" səhifəsində yazıb.O qeyd edib ki, 2000-ci illərin ortalarında İngiltərənin "The Mail on Sunday" qəzeti Böyük Britaniya Səhiyyə Nazirliyindəki mənbələrə əsasən, 1998-ci ildən etibarən 102 nəfərin "Viaqra"nın qurbanı olduğunu yazmışdı. Yazıda bildirilirdi ki, "Viaqra"dan ölənlərin böyük əksəriyyəti ürək-damar xəstəliklərindən və yüksək təzyiqdən əziyyət çəkənlər olub. Lakin ABŞ-da aparılan araşdırmalar nəticəsində ölüm hallarının birbaşa "Viaqra"nın təsirindən baş verməsi təsdiqini tapmayıb. ABŞ Qida və Dərman Vasitələri Mərkəzi "Viaqra"nın ölümə səbəb olmadığını bəyan edib.
"Azərbaycanda da məhz "Viaqra"dan ölüm halının qeydə alınması ilə bağlı rəsmi məlumata rast gəlinmir. Lakin ölkəmizə səfər edən turistlərin, xüsusən ərəb turistlərin "Viaqra"nın qurbanı olması barədə müxtəlif xəbərlərin dolaşdığı da sirr deyil. Bir çox mütəxəssis hesab edir ki, problemin kökü heç də "Viaqra"da deyil. Gündəlik həyatda idmanla məşğul olmayan, uzun müddət passiv seks həyatı yaşayan kişilərin qəfil "Viaqra" qəbul etməsi məqbul sayılmır. Yəni, bu qəbildən olan şəxslər "Viaqra"nı qəbul edərək, həddən artıq enerji sərf edib ürəyi yükləyirlər ki, bu da öz növbəsində ürək-damar sisteminə mənfi təsir göstərir"- deyə həkim əlavə edib.
Həkimin sözlərinə görə, ürəyində problemi olan şəxslərə bu sayaq preparatları qəbul etmək olmaz. Çünki "Viaqra" ürəkdə qanlanma prosesi yaradır. Bunun üçün də ürəyi xəstə olan kişilərin "Viaqra" qəbul etməsi təhlükəlidir. Nitroqliserinli həblər qəbul edən ürək xəstələrinə isə "Viaqra"dan istifadə qətiyyən məsləhət görülmür. Kişinin səhhəti sekslə məşğul olmağa imkan verirsə, cinsi istəyi artıran preparatlar qəbul edə bilər. Lakin preparatı qəbul etmək istəyən şəxslər mütləq şəkildə qəbul etdiyi dərman vasitələri barədə həkimləri məlumatlandırmalı, məhz həkimin icazəsi əsasında onu qəbul etməlidir. 2015-ci ildən qadınlar da cinsi istəyi artıran "Pink Viaqra" preparatından istifadə edə bilirlər. Lakin ürək xəstəliyi olan qadınlara bu preparatından istifadə məsləhət görülmür.
Azərbaycana bir qayda olaraq kişilərin istifadə etdiyi preparatlar idxal olunur.
"Viaqra", "Kamagra", "Kanvertan", "Venegra" və "Vizarsin" kimi cinsi istəyi artıran preparatlar Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçirilib və ölkədə istifadəsinə icazə verilib.
Cinsi istəyən artıran preparatların da qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar