Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bəzi avtomobillərin Azərbaycana gətirilməsinə qadağa qoyulacaq - TƏFƏRRÜAT - VİDEO

Tarix: 06-01-2019 20:26     Baxış: 5298 A- / A+
Bəzi avtomobillərin Azərbaycana gətirilməsinə qadağa qoyulacaq - TƏFƏRRÜAT - VİDEO

Azərbaycana insan həyatı üçün təhlükəli ola biləcək avtomobillərin, eyni zamanda saxta ehtiyat hissələrinin gətirilməsinin qarşısı alınacaq.

Manevr.az-ın xezerxeber-ə istinadən məlumatına görə, belə bir maddə ''Azərbaycanın yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" da nəzərdə tutulub.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, bununla da Avropa ölkələrindən parçalanmış halda daşınaraq Gürcüstanda birləşdirilən və ordan ölkəmizə gətirilən təhlükəli avtomobillərin qarşısı tamamilə alınacaq.

Əslində belə bir qərar "Avro-4" standartının qəbul olunması ilə artıq mövcud idi. Amma avtomobil hətta bu standarta uyğun olsa belə, təhlükəli vəziyyət aşkarlanarsa onun ölkəyə girişinə qadağa qoyulacaq.

Məsələn, avtomobil işlək vəziyyətdə deyilsə ölkəyə buraxılmayacaq.

Eyni zamanda, istehsal olunduğu ölkə və şirkəti bilinməyən, təhlükəsizliyinə dair zəmanəti olmayan ehtiyat hissələrinin də ölkəyə gətirilməsinə qadağa qoyulacaq.

Qeyd edək ki, Dövlət Proqramının qəbul edilməsində məsəd ölkədə baş verən qəzaların qarşısını almaq və təhlükəsizliyi təmin etməkdir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar