Xəbər lenti
Emin Leyla ilə boşanmasının səbəbindən danışdı
Məşhur müğənni, biznesmen Emin Ağalarov şəxsi həyatı ilə bağlı danışıb.
Manevr.az Baku.ws-ə istinadən xəbər verir ki, E.Ağalarov övladları, eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə boşanmasının səbəbləri barədə bir sıra açıqlamalar verib.
Emin və Leyla evliliklərinin son illərində faktiki olaraq ayrı-ayrı şəhərlərdə yaşayırdılar. Boşandıqdan sonra övladları Əli, Mikayıl və Əminə Eminlə mütəmadi olaraq bir yerdə olurlar.
"Onlar tamamilə özlərini fərqli şəkildə aparırlar. Məsələn, »əgər onlara pul verib mağazaya göndərsəm, Əli həmin dəqiqə, fikirləşmədən pullarının hamısını xərcləyəcək, Mika isə sakitcə pulları sayacaq, hesablayacaq, Onlar bacıları Əminəni çox sevirlər”, - Emin deyib.
Emin həmçinin Azərbaycan prezidentinin qızı ilə boşanması barədə danışıb. Müğənninin fikrincə, onlar həyatlarında nəyisə "qaçırırıblar”.
"Biz möhkəm ailə yarada bilmədik, əlbəttə bunu böyük səhv adlandırmaq olar. Mənim tez-tez səfərlərim ailənin möhkəmlənməsinə səbəb olmadı”, - deyə Emin Ağalarov deyib.
Eminin sözlərinə görə, boşansalar da onlar övladlarının tərbiyəsi ilə birlikdə məşğul olmağa davam edirlər.
"Bu vacibdir. İkimiz də başa düşürük ki, bizim əsas tapşırığımız odur ki, övladlarımız həyatda özlərini tapsınlar, öyrənsinlər”, - müğənni bildirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar