Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Erməni hərbçilər Qarabağda zərərsizləşdi - 2 ağır yaralı

Tarix: 05-01-2019 16:10     Baxış: 2271 A- / A+
Erməni hərbçilər Qarabağda zərərsizləşdi - 2 ağır yaralı


Ermənistan Müdafiə Nazirliyi faktı gizlətməyə çalışır


Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Xocalı yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində xidmət edən iki hərbi qulluqçu yol-nəqliyyat hadisəsi nəticəsində yaralanıb.

Hərbi hissəyə məxsus avtomobil mülki nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hərbi avtomaşını idarə edən əsgərin ayağı sınıb. Onunla birlikdə olan Arsen adlı (soyadı gizlədilir) zabitin vəziyyəti ağır olduğundan təcili Xankəndi hərbi hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma başlayıb.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun hərbi hissələrindən birində xidmət edən Kyaj adlı hərbi qulluqçu isə xidmət yerinə qayıdarkən şəxsi avtomobili ilə qəza törədib. Hərbçinin yaxınlarının sosial şəbəkədə paylaşdıqları xəbərdə deyilir ki, hadisə nəticəsində ağır bədən xəsarətləri alan həmin şəxs Ağdərə hospitalına yerləşdirilib.

AzərTAc bildirir ki, həkimlər onun hərbi xidmətə yararlı olub-olmayacağının müalicədən sonra müəyyənləşəcəyini deyirlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar