Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Aİİ-nin “İlahiyyatçı” qəzeti nəşr olunub

Tarix: 04-01-2019 14:48     Baxış: 3222 A- / A+
Aİİ-nin “İlahiyyatçı” qəzeti nəşr olunub


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzeti nəşr olunub.


Manevr.az
-ın verdiyi xəbərə görə, mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İlahiyyat İnstitutunun yaradılması haqqında Sərəncamı, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Aİİ-nin rektoru Ceyhun Məmmədovun “İlahiyyatçı” qəzeti haqqında yazıları yer alıb. Qəzetin müxtəlif rubrikalarında ilin yekunlarına həsr olunmuş hesabat xarakterli yazılar əksini tapıb. Mətbu nəşrdə “Ulu Öndər Heydər Əliyev zəmanəmizin ən böyük Azərbaycanlısıdır”, “Sivilizasiyaların qovuşduğu yerdə tolerantlıq” başlıqlı məqalələr, həmçinin ictimaiyyət nümayəndələri, elm xadimləri, tədqiqatçıların iştirakı ilə təşkil olunan seminar və “dəyirmi masa”lar; ölkədəki əlamətdar hadisələr, beynəlxalq günlərlə bağlı tədbirlər; “Səfir saatı” layihəsi çərçivəsində görüşlər; İnstitutun Heydər Əliyev İrsini Araşdırma Mərkəzi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birlikdə layihə çərçivəsində ümummili lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş diskussiyalar dərc olunub. “İlahiyyatçı” qəzetində, həmçinin Azərbaycanın tanınmış ilahiyyatçılarının Aİİ-də təhsil almağın üstünlükləri barədə fikirləri əksini tapıb. Nəşrdə görkəmli akademiklər, Milli Qəhrəman, Milli Məclisin deputatları, ağsaqqallar və ictimaiyyət nümayəndələrinin təbrikləri, tövsiyələri də maraq doğurur. Qeyd edək ki, ayda bir dəfə nəşr olunacaq “İlahiyyatçı” qəzetində Aİİ-nin fəaliyyəti, həyata keçirdiyi tədbirlər, din sahəsində baş verən hadisələr, düşmən tapdağı altında qalan abidələrimiz, tələbələrimizin yaradıcılığı haqqında yazılar dərc ediləcək.

Qəzetin nəşr olunmasında məqsəd gənclərdə yaradıcılıq vərdişlərinin artırılması və onların intellektual səviyyələrinin yüksəldilməsinə, ölkəmizdə həyata keçirilən dini maarifləndirmə işinə töhfə verməkdir.

Məlumat üçün bildiririk ki, bu günlərdə, həmçinin İnstitutun “Əsasnamələr, qaydalar, təlimatlar və məlumatlar toplusu” kitabı, “Din araşdırmaları” jurnalı çapdan çıxıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar