Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kreml Paşinyandan bu 5 suala cavab istəyir -Şərh

Tarix: 02-01-2019 10:37     Baxış: 3345 A- / A+
Kreml Paşinyandan bu 5 suala cavab istəyir

Rusiyanın Paşinyan hökumətinin parçalanması üçün müəyyən fəaliyyət sahəsinin olduğu məlumdur. Bu fəaliyyətinin sərhədlərinin haradan başlayıb, harada bitdiyi haqqında hər hansı bir fikir irəli sürmək isə doğru olmazdı. Bunu əsasən Paşinyan hökumətinin bundan sonra Rusiya ilə münasibətlərinin korreksiyası göstərə bilər.

Manevr.az
xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, hələlik hər iki tərəf münasibətlərin yenidən formalaşması üçün müzakirələrə davam edir:

“Ermənistan müstəqilliyini elan etdikdən sonra ötən ilin may ayına qədər olan dövrdə həmişə Rusiyanın bölgədəki və ölkəsindəki maraqlarını zədələməməyə çalışıb. Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda yerləşməsini, daha sonra bu hərbi bazanın ölkədə qalma müddətinin uzadılmasını, Rusiya ilə birlikdə hava hücumundan müdafiə qüvvələrinin yaradılmasını, iqtisadi-siyasi münasibətlərin inkişaf etdirilməsini buna nümunə olaraq göstərmək mümkündür”.

Politoloq qeyd edib ki, tərəflər arasındakı münasibətlər heç də həmişə normal axarda davam etməyib:

“Xüsusilə 102-ci hərbi bazanın əsgərlərinin Gümrü və başqa şəhərlərdə törətdikləri qətllər və yaxud digər hadisələr zaman-zaman ictimai rəydə Rusiyaya qarşı reaksiyalar doğurub, amma heç bir zaman qırılma nöqtəsi olmayıb. İki ölkə arasındakı ənənəvi münasibətlərin korlanması Nikol Paşinyanın ötən ilin aprel-may ayında Ermənistanda yaşanan hadisələr nəticəsində baş nazir postuna təyin edilməsindən sonrakı dövrə təsadüf edir. Paşinyanın 8 ayda 6 dəfə Rusiyaya səfər etməsi münasibətlərin yaxşı olmasından qaynaqlanmır. Əksinə, bu, problemli olan münasibətlərə aydınlıq gətirmək üçün edilən səfərlərdir”.

Politoloq vurğulayıb ki, Rusiya Paşinyanın məxməri inqilab nəticəsində Ermənistanın daxili işlərinə əsasən müdaxilə etmədi, ya da bizim bilmədiyimiz şəkildə müdaxilə etsə də, istədiyi nəticəni ala bilmədi:

“Bu gün Ermənistan üçün ən önəmli problematik məsələlər bunlardır:

1) Rusiya Paşinyan hökumətinin xarici və hərbi təhlükəsizlik siyasətinin hansı məcrada formalaşacağına aydınlıq gətirmək istəyir;

2) Hazırkı Paşinyan hökuməti nə qədər sağlamdır, hökumətdə nə qədər Rusiyanın “adamı” var?

3) Paşinyan 30 illik sümükləşmiş problemləri həll edə biləcəkmi?

4) Qərb dünyası daxili, xarici və iqtisadi islahatlar məsələsində İrəvanı nə qədər dəstəkləyəcək?

5) Qərb dünyasından Ermənistana sabit maliyyə axını olacaqmı, yoxsa bu yardımlar epizodik xarakterdə olacaq və s...

Ümumi mənzərə odur ki, heç Paşinyan hökuməti də yuxarıda qeyd edilən sualların cavabını bilmir. Hökumətin sabit fəaliyyət proqramı da yoxdur. 2019-cu ildə - yeni hökumətin formalaşması ilə bu suallara aydınlıq gələcək”.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar