Xəbər lenti
“Ay Zahid Oruc, mən sənə bir söz dedim?”
“2017-ci ilin dövlət büdcəsində 641 milyon manat kəsir müəyyən olunub. Bu məni olduqca narahat edir. Keçən il büdcə kəsiri 1,7 milyard manat idi. Büdcə kəsirinin çox olmasından qorxmaq lazım deyil. Heç olmasa gəlirlərə nisbətən 10-15 faizdə götürmək lazımdır. Şəhid, əlil ailələrinə, digər sahələrə ayrılan xərcləri ödəməyin bir yolu var: büdcə kəsirini çoxaltmaq”.
Manevr.az-ın məlumatına görə, bu fikirləri parlamentdəki çıxışında deputat Tahir Kərimli bildirib. Spiker Oqtay Əsədov isə deyib ki, bu məsələyə büdcə müzakirələrində baxarıq.
Deputat Fazil Mustafa bəzi qurumların yüklərinin ASAN Xidmətin üzərinə qoyulmasına etiraz edib: “Kiminsə banka borcu olmasının ASAN Xidmətə nə aidiyatı var? Niyə bu cür qurumu nüfuzdan salırlar? Bu məsələni ASAN Xidmətin üzərinə yükləmək bu xidmətin nüfuzunu bilərəkdən aşağı salmağa xidmət edir. Yoxsa kiminsə kredit borcu olmasına görə ona şəxsiyyət vəsiqəsi verməmək nə deməkdir? Bu, nonsensdir. Hətta cinayətkara da şəxsiyyət vəsiqəsi verilir”.
Deputat Zahid Oruc isə ABŞ-dakı seçkilərdən bəhs edib. O bildirib ki, bu seçkilərdə İŞİD-i dəstəkləyən qüvvələr məğlub oldu. Çıxışının sonunda Z.Oruc spikerə xitabən “hörmətli sədr, yəqin ki, sizin bu çıxışa reaksiyanız olacaq, amma bu, mənim şəxsi mövqeyim idi” deyib. O.Əsədov isə cavabında “ay Zahid Oruc, mən sənə bir söz dedim? Söz istədin, mən də çıxışa şərait yaratdım” söylədi. Z.Orucun təşəkkürünün qarşılığında sədr “mən də sənə təşəkkür edirəm” deyə cavab verdi.
Qeyd edək ki, texniki problem yarandığından sədr iclasın yekununda caric məsələlərə vaxt ayırıb.(musavat.com)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar