Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yaşar Əliyevdən BMT-nin Baş katibinə etiraz MƏKTUBU

Tarix: 30-12-2018 13:29     Baxış: 3162 A- / A+
Yaşar Əliyevdən BMT-nin Baş katibinə etiraz MƏKTUBU

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Yaşar Əliyev Ermənistan Respublikasının ölkəmizin Konstitusiyası, BMT Nizamnaməsi, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobudcasına pozaraq, Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma qurum adından BMT çərçivəsində kağızların yayılmasına qarşı BMT-nin Baş katibi Antonio Quterreşə etiraz məktubu ünvanlayıb.

Manevr.az
xəbər verir ki, məktubda Ermənistanın hərbi gücdən istəfadə edərək Azərbaycan ərazilərini, o cümlədən Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal etdiyi və bu ərazilərdə bütün qeyri-ermənilərə qarşı etnik təmizləmə həyata keçirərək rasist azlıq rejimini yaratdığı qeyd olunur. Ermənistanın başlatdığı müharibə nəticəsində on minlərlə Azərbaycanlının həyatına son qoyulduğu, şəhərləri, qəsəbələri, kəndləri darmadağın edildiyi, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından və mülklərindən zorla qovulduğu və minlərlə insanın münaqişə ilə əlaqədar itkin düşdüyü vurğulanır.

Məktubda qeyd olunur ki, Ermənistan qanunsuz rejimi təbliğ etməklə danılmaz faktları təkzib etməyə və məsuliyyətdən boyun qaçırmağa çalışır, BMT üzvlüyündən sui istifadə edərək beynəlxalq ictimaiyyəti çirkin saxtalaşdırma yolu ilə yanıldır və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə qarşı etinadsızlığını nümayiş etdirir.

Ermənistanın bu hərəkəti onun münaqişənin sülh yolu ilə həllinin konstruktiv axtarışından uzaq olduğunu nümayiş etdirir. Ermənistanın bəyan etdiyi öhdəlikləri ilə onun əməlləri münaqişənin siyasi həlli məqsədi baxımından hər zaman ziddiyyət təşkil edib.

Burada vurğulanır ki, Ermənistanın BMT və digər beynəlxalq təşkilatlarda qanunsuz rejim adından yaydığı kağızlar boş və dəyərsizdir və onlar elə əvvəlindən rədd edilməli və nəzərə alınmamalıdır.

Məktubda, həmçinin Azərbaycan ərazilərinin işğalını pisləyən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət edən, Dağlıq Qarabağı Azərbaycan Respublikasının tərkib hissəsi kimi təsdiq edən və işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilir. ATƏT-in Minsk Qrupunun 9 ölkəsi tərəfindən təsdiqlənmiş 1993-cü ilin 4 noyabr tarixli bəyannaməsinin, xüsusilə “güc vasitəsilə torpağın zəbt edilməsi qəbul edilə bilməz və ərazilərin işğalı beynəlxalq tanınma əldə etmək üçün və ya hüquqi statusun dəyişdirilməsi üçün istifadə oluna bilməz” fikrinə istinad öz əksini tapır. Eləcə də, Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin qanunsuz işğalı və bu ərazilərdə hərbi mövcudluğu məsuliyyətinin təsdiq olunduğuAvropa İnsan Haqları Məhkəməsinin Böyük palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ilin 16 iyun tarixli qərarı xatırladılır.

Məktubda qeyd olunur ki, Ermənistanın Azərbaycanın beynəlxalq tanınmış ərazilərini, yəni Dağlıq Qarabağ və işğal olunmuş digər əraziləri müxtəlif saxta adlarla təqdim etmək cəhdləri düzgün deyil, çünki bu beynəlxalq hüququn, Azərbaycan Konstitusiyası və qanunvericiliyinin, eləcə də Birləşmiş Millətlər çərçivəsində coğrafi adların beynəlxalq standartlaşdırılması prinsipləri və proseduralarını açıq şəkildə pozur. Ermənistanın bu kimi cəhdləri açıq şəkildə işğal olunmuş ərazilərdən Azərbaycan tarixi və mədəniyyətinin izlərinin silinməsi və tarixin saxtalaşdırılması məqsədini güdür.

Azərbaycanın BMT yanında Nümayəndəliyinin başçısı məktubunun sonunda vurğulayır ki, Ermənistanın anneksionist və müstəmləkəçi siyasətinin uğurlu olmaq şansı yoxdur. Dağlıq Qarabağ hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və bu belə də qalacaqdır. Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılması, onun silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması, Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri dönməsi təmin olunacağı təqdirdə sülh, təhlükəsizlik və sabitliyə nail olmaq mümkündür.

Qeyd etmək istərdik ki, sözügedən məktub BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılacaq./modern.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar