Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Əhəd Abıyev Administrasiyaya çağırılması xəbərindən danışdı - ŞİFER QALMAQALI

Tarix: 11-11-2016 11:56     Baxış: 5398 A- / A+
Əhəd Abıyev Administrasiyaya çağırılması xəbərindən danışdı


Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə keçirilən tədbirdə şiferdən hazırlanmış erməni bayrağını sındırmasından sonra yayılan söz-söhbətlərə münasibət bildirib.

İcra başçısı ölkə.az-a açıqlamasında deyib ki, üzərinə erməni bayrağı çəkilən şiferi əsgərlər ayaqyolundan söküblər:

"Ermənistan bayrağını şiferin üzərinə əsgərlər çəkmişdilər və şiferləri də ayaqyolundan sökmüşdülər. Bayrağı özləri bilərəkdən tərsinə tutmuşdular. Erməni bayrağını düz tutası deyildik ki?! Erməni axtarmağa ehtiyac yoxdur. İçimizdə də nə qədər ermənilər var. Məhz Daşkəsəndə nə qədər erməni arvadları var ki, əsgərlərimiz onlardan "yararlanırlar"".

Ə.Abıyev erməni bayrağı çəkilmiş şiferi sındırdığına görə Prezident Administrasiyasına çağırılması haqda yayılan fikirləri təkzib edib:

"Mənim Prezident Administrasiyasına çağırılıb danlanmağımla bağlı yazılanlar cəfəngiyyatdır. Erməni bayrağını qırdığıma görə mənə niyə töhmət verilməlidir ki? Əksinə, buna görə mənə təşəkkür edilə bilər. Bu məlumatları yayanlar ermənilərə xidmət edən adamlardır və onların barəsində araşdırma aparılmasını istərdim. Hamımız bu dövlətə, cənab Prezident İlham Əliyevə sadiq olmalı, onun ətrafında sıx birləşməliyik. Bu cür ermənipərəst insanlara qarşı sərt sözümüzü deməliyik. Erməni bayrağını qırdığıma görə fəxr edirəm və peşman deyiləm".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar