Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası qaydaları təsdiqlənib

Tarix: 28-12-2018 20:55     Baxış: 3287 A- / A+
Azərbaycanda milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası qaydaları təsdiqlənib

Azərbaycanda “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq edilib.

Manevr.az
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla Əmlak Məsələləri Dövlət Komitəsinə milli məkan məlumatlarının formalaşdırılmasının, daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin, o cümlədən metaməlumatların formalaşdırılmasının təmin edilməsi məqsədilə “Milli Məkan Məlumatları” informasiya sistemini yaratmaq və həmin sistemin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün zəruri tədbirlər görmək tapşırığı verilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər:

1. milli məkan məlumatlarını bu fərmanla təsdiq edilmiş “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası qaydalarına” və standartlara müvafiq olaraq elektron qaydada formalaşdırılmasını təmin etsinlər,

2. milli məkan məlumatlarının saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi məqsədilə sahibi və ya operatoru olduqları dövlət informasiya sistemlərinin və ehtiyatlarının Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təşkil etsinlər.

Nazirlər Kabinetinə milli məkan məlumatlarının siyahısını və təsnifatını iki ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyən etmək, milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi qaydasını üç ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyən etmək, “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamənin layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırığı verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə milli məkan məlumatlarının ilkin mənbəyini və onları formalaşdıran aidiyyəti dövlət qurumlarının siyahısını müəyyən etmək tapşırılıb.avropa.info


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar