Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Səfirlər arasındakı 2,4 milyonluq dava bitdi - İş korrupsiya ilə mübarizə idarəsinə göndərildi

Tarix: 28-12-2018 12:19     Baxış: 4214 A- / A+
Səfirlər arasındakı 2,4 milyonluq dava bitdi - İş korrupsiya ilə mübarizə idarəsinə göndərildi


Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.


Manevr.az
-ın məlumatına görə, Kollegiyada dövlət büdcəsindən Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin inzibati binasının əsaslı təmirinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticəsi üzrə materialların Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin cari məsələlərə baxılıb.

Qeyd edək ki, BakuPost dekabrın 11-də Azərbaycan Hesalama Palatasının auditorlarının Ukraynadakı səfirlikdə audit yoxlamasına başladığı barədə məlumat yayıb. Həmin gün Xarici İşlər Nazirliyi BakuPost-un sorğusuna cavab olaraq bildirib ki, nazirlik səfirlikdə müvafiq araşdırma aparıb. XİN nəzərə çatdırıb ki, araşdırmanın nəticələri ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müvafiq müraciət göndərilib və Ukrayna səfirliyində aparılan audit yoxlaması, məhz Baş Prokurorluq tərəfindən həyata keçirilən istintaq araşdırması çərçivəsində reallaşdırılır.

Xatırladaq ki, Azərbaycanın Ukraynadakı səfirliyi son dövrlər səfir Azər Xudiyev və sabiq səfir Tələt Əliyev arasında qalmaqalla gündəmə gəlib. A. Xudiyev T. Əliyevin səfir olduğu dövrdə səfirliyin binasında əsaslı təmir üçün ayrılmış 2,4 milyon dolların mənimsənildiyini, binada çatların olduğunu iddia edərək Ukrayna hüquq-mühafizə orqanlarına müraciət olunduğunu açıqlayıb. Ukrayna prokurorluq orqanlarının əməkdaşları T. Əliyevin evində axtarış aparıb. Sabiq səfir A. Xudiyevin şəxsi qərəzi səbəbindən təzyiqlərlə üzləşdiyini, səfirliyin binasındakı çatların səfirlik yaxınlığındakı yüksəkmərtəbəli binanın tikintisi ilə bağlı olduğunu bildirib, Kiyevdə mətbuat konfransı keçirib. Məsələ Azərbaycanda böyük rezonans doğurub, səfirin Ukraynanın erməni əsilli daxili işlər naziri vasitəsi ilə T. Əliyevə təzyiq göstərməsi qınanıb, məsələnin Azərbaycan hüquq-mühafizə orqanları, Hesablama Palatası tərəfindən araşdırılmalı olduğu vurğulanıb. Bundan sonra səfirlik açıqlama yayıb, T. Əliyevdən deyil, səfirlikdə sabiq səfirin dövründə əsaslı təmir aparmaq üçün pul ayırılmış şirkətdən şikayət olunduğu bildirilib. T. Əliyev üzləşdiyi təzyiqlərlə əlaqədar Azərbaycan və Ukrayna prezidentlərinə müraciət ünvanlayıb./bakupost

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar