Xəbər lenti
Azərbaycanda gizli inqilab planları - xəyanət çetesi yenidən fəallaşır
[/center
Əli Kərimlinin hərəkat yaratmaq istiqamətində qəfil fəallaşması, onun canlı yayın verilişlərində inqilab perspektivindən söz açması, Xədicə İsmayıla xaricdən gizli yollarla pul ötürülməsi və təşkilatlandırılması, təsadüf sayıla bilməz; ölkəmizi qana çalxalamaq istəyən qüvvələr fürsət gözləyir...
Azərbaycanda neçə illərdir inqilab mövzusu medianın və siyasətin ana mövzusu olaraq qalır. Bunu tətikləyən əsas səbəb keçmiş sovet məkanında bir-birinin ardınca baş vermiş dinc hakimiyyət dəyişiklikləri oldu.
Gürcüstanda, Ukraynada, Qırğızıstandakı inqilablar 2005-ci ildə bizim müxalifəti də coşdurmuşdu. Lakin Qərb paytaxtlarında həmin vaxt ölkəmiz üçün inqilab ssenarisi yazılmamışdı.
[center]
Əli Kərimlinin hərəkat yaratmaq istiqamətində qəfil fəallaşması, onun canlı yayın verilişlərində inqilab perspektivindən söz açması, Xədicə İsmayıla xaricdən gizli yollarla pul ötürülməsi və təşkilatlandırılması, təsadüf sayıla bilməz; ölkəmizi qana çalxalamaq istəyən qüvvələr fürsət gözləyir...
Azərbaycanda neçə illərdir inqilab mövzusu medianın və siyasətin ana mövzusu olaraq qalır. Bunu tətikləyən əsas səbəb keçmiş sovet məkanında bir-birinin ardınca baş vermiş dinc hakimiyyət dəyişiklikləri oldu.
Gürcüstanda, Ukraynada, Qırğızıstandakı inqilablar 2005-ci ildə bizim müxalifəti də coşdurmuşdu. Lakin Qərb paytaxtlarında həmin vaxt ölkəmiz üçün inqilab ssenarisi yazılmamışdı.
[center]
Bakı, 2005–ci il. "Azadlıq" Blokunun mitinqi
ABŞ və Avropa İlham Əliyevlə işləməyə qərarlı olduğundan bu proses Azərbaycan müxalifəti üçün fiasko ilə nəticələndi. Əli Kərimlinin 2005-ci il noyabrın 26-da “Qələbə” meydanında oturaq mitinq avantürası da bir yandan çöküşü tezləşdirdi: Azərbaycan müxalifəti 13 il öncə necə oturdusa, hələ də ayağa qalxa bilmir...
2011-ci ilin əvvəllərindən Yaxın Şərq və Şimali Afrika ölkələrində başladılan və həmin ölkələri viran qoyan inqilab dalğası yenidən Azərbaycan müxalifətində ümid yaratmışdı. Nimdaş şüarlarla küçələrə axışıb, inqilabla iqtidara gəlməyin mümkünlüyünə özlərini inandırmışdılar. Fəqət xalqı inandıra bilməmişdilər.
2 aprel, 2011-ci il. Müxalifət Bakıdan “Ərəb baharı”na dəstək vermək istəyir
Tunisi, Misiri, Liviyanı, Suriyanı, Yəməni dağıdan, xarabalığa çevirən inqilablar Azərbaycandan yan keçdi. Müxalifətimiz növbəti dəfə pisikmiş, pərt halda küçələrdən qərargahlara və... həbsxanalara girdi.
Azərbaycan müxalifətini inqilaba həvəsləndirən son olay isə Ermənistandakı məlum hadisələr oldu.
Fəqət istər Qərbdəki bəzi dairələr, istərsə də onların Azərbaycandakı agentura şəbəkəsi inqilab adıyla ölkəmizi qarışdırmaq niyyətlərindən əl çəkmək istəmirlər. ABŞ-da, Avropada aparıcı qüvvələr, hazırkı iqtidarlar İ. Əliyevin hakimiyyətdə qalmasını həm regionun, həm də özlərinin maraqları baxımından məqsədəuyğun sayırlar. Amma bir məqam var; Qərb vahid orqanizm deyil, paytaxtların, materiklərin fərqi qədər də orada fərqli maraq daşıyıcıları var. Onlar Azərbaycana münasibətdə azlıq təşkil etsələr də, hər halda, mövcuddurlar. Və görünən budur ki, o qüvvələr ölkəmizin qarışmasında, burada xaos yaranmasında daim maraqlıdırlar. “Yeni Müsavat”da vaxtaşırı bu xaos planlarının arxasındakı isimlər, təşkilatlar, planlar haqda məqalələr dərc edilir. İnqilablar ustası, bu sahədə bütün dünyada bir nömrə sayılan Cin Şarpın, həmçinin Corc Sorosun Azərbaycanla bağlı qorxunc planlarından bəhs edən təhlil yazılarımız yəqin diqqətli oxucuların yadındadır. Hər ehtimal, o yazılardan birinin linkini oxucuya təqdim edirik:
http://musavat.com/news/bakidaki-qerb-agenturasi-olkemize-qarsi-xeyanetin-icinde-sensasion-bilgiler_472341.html
***
Son vaxtlar Əli Kərimlinin facebook üzərindən “Azadlıq” qəzetinin Avropa ölkələrinə qaçmış əməkdaşları ilə reallaşdırdığı müsahibələrində, etdiyi canlı yayın proqramlarında iki əsas hədəf diqqət çəkir:
1. Azərbaycanda inqilab perspektivi
2. Hakimiyyətin “xaricdəki gizli hesablar”dakı pulları.
Bu iki mövzunun seçilməsi əsla təsadüf deyil. Hər ikisi ictimai qıcıq mərkəzlərini hərəkətə gətirməyə hesablanıb. AXCP sədri canlı yayın proqramlarında hər fürsətdə “hakimiyyətin xalqdan milyardlarla dollar oğurladığını”, bu vəsaitləri xarici hesablarda saxladığını xüsusi olaraq iddia edir. Sonra da xalqı küçələrə səsləyir. Ona elə gəlir ki, gec-tez bu yolla ictimai müqavimət yaradaraq, xalqı küçələrə çıxaracaq, inqilab lideri olaraq, kütlələrin çiynində iqtidara gələcək.
Yeri gəlmişkən, Ə.Kərimli son həftələr müxalifəti birliyə səsləyir. Umu-küsünü, indiyədək baş vermiş inciklikləri unudaraq birlik təklif edir. Onun bu təşəbbüsü haqda “Yeni Müsavat”da iki məqalə dərc etmişik. AXCP sədrinin bu məsələdə gerçək niyyətinin nədən ibarət olduğunu yazmışıq. Hər iki yazının linkini təqdim edirik:
http://musavat.com/news/eli-kerimlinin-gizli-gorusleri-qarabag-komitesine-qarsi-boyuk-qesd-hazirlanir_575913.html
http://musavat.com/news/eli-kerimli-muxalifeti-sevdiyi-ucun-deyil-bogmaq-istediyi-ucun-qucaqlayir_576115.html
Qərbin Ə.Kərimliyə etimadının azalması fonunda (bu haqda linkini təqdim etdiyimiz yazılarda ətraflı bəhs etmişik-A.A.) xarici dairələrin Azərbaycanda himayə etdiyi əsas isimlərdən biri də Xədicə İsmayıldır. Onun siyasi krediti xarici təşkilatlar yanında Əli Kərimlininkindən müqayisə olunmayacaq qədər çoxdur. Bu qadının adı mediada ən müxtəlif mövzularda hallanır. Son vaxtlar isə X.İsmayıl personası əsasən qrant qalmaqallarında gündəmə gəlir.
Qərbdən X.İsmayıla səxavətlə və həm də gizli yollarla pul ötürülür. Bunu ölkədə bilməyən az adam olar. Son gələn bilgilərə görə, məqsədlərdən biri gəncləri, bəzi aktivistləri onun ətrafına toplayaraq, təşkilatlandırmaqdır. Neçə illərdir, xaricdəki bəlli dairələr Xədicəni Azərbaycana qarşı təşkilatlandırır. Elə bir mənzərə yaradılır ki, guya o, hakim rejimlə mübarizə aparır. Əslində isə arxa planda tamam başqa proses gedir.
Xədicə İsmayılın Qərb xüsusi xidmət orqanları ilə əlaqələrinin olmasına dair şübhələr, söz-söhbətlər çoxdan yayılıb. Sadəcə, jurnalist olması ona müəyyən manevr imkanları və immunitet yaradır. Bəzi iddialara görə, neçə illərdir “jurnalist araşdırmaları” adı ilə xarici xüsusi xidmət servislərinin Azərbaycan hakimiyyəti haqda qaralama, gözdənsalma yazıları məhz Xədicə İsmayılın imzası ilə tirajlanır.
Yeri gəlmişkən, Azərbaycandakı şəbəkəyə ayrılan qrantlar əksər vaxt korrupsiya yeminə çevrilir. Avropadan, ABŞ-dan müxtəlif kanallarla Bakıdakı məlum şəbəkəyə göndərilən ciddi məbləğlər - qrantlar yeni nəsil “demokratiya və azadlıq aşiqlərinin” pis nəfsinə qurban gedir. Hazırda bu şəbəkə daxilində yeyilən, korrupsiya yeminə çevrilən yüksək məbləğlərin mübahisələri, davaları gedir. Xalid Bağırovun REAL-dan qəfil istefası və bundan sonra yayılan məlumatlar da bu prosesin bir detalıdır. Daha böyük biabırçılıqlar, qalmaqallar çox keçməz, ictimaiyyətə bəlli olar...
Prosesin ən qorxunc tərəflərindən biri də odur ki, Qərb fondlarından qrant alıb yeyənlər, əsasən də özlərini hakimiyyətə qarşı barışmaz müxalifət elan edənlər zamanla zombiləşir, manqurtlaşırlar. Bu günlərdə əməkdaşımız Elbəyi Həsənli mövzu ilə bağlı maraqlı məqalə yazmışdı. Həmin məqalədə Qərb fondlarından qrant alan əksər azərbaycanlı gənclərin beynlərinin necə yuyulmasının sxemi göstərilmişdi. Bu adamlar üçün Qarabağ, şəhidlər, bayraq, Azərbaycanın çıxarları və s. tam arxa plana keçib. Bu yerdə “Pulu kim verir, musiqini o sifariş edir”, misalı yada düşür. Bu təbəqənin nümayəndələri qrant aldıqları ünvanların çaldığı havalara nəinki qol qaldırıb oynayırlar, hətta onların xoşuna gəlsin deyə, burcuda-burcuda göbək də atırlar... Belələri ictimai-siyasi sektorda kifayət qədərdir.
Paraleldə X.İsmayılın bəlli bir obrazının formalaşdırılması prosesi də davam etdirilir. Onun əzabkeş, təqiblərə məruz qalan, fəqət yolundan dönməyən, ictimai nəqliyyatdan istifadə edən, normal evi olmayan, gözü-könlü tox bir ictimai lider kimi portretini cızıb, ictimai fikrə yeridirlər... Lenin(ə) kimi bir adammış bu qız, sən demə...
İstər Əli Kərimlinin müxalifəti birləşdirmək “təşəbbüsləri”, istərsə də Xədicə İsmayılın əzabkeş, hakimiyyətin təqiblərinə məruz qalan obrazı əslində Azərbaycana, onun gələcəyinə qarşı hazırlanmış qəsd planıdır. Bütün inqilablar, dağıdıcı proseslər “əzabkeş, fəqət dönməz və dözümlü lider” oyunlarının üstündən həyata keçirilir.
Bir yandan da son günlər Qərb mətbuatında Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvləri haqda yeni kampaniyaya start verilib. Bunlar bir prosesin ayrı-ayrı həlqələridirmi, yoxsa təsadüfdürmü - bu haqda hələlik dəqiq bir söz demək üçün əlimizdə yetərli informasiya yoxdur.
Qərb fondlarının pulları və xarici xüsusi xidmət orqanlarının təhriki ilə “demokratiya dalğası”, “inqilab baharı” və sair adlarla ölkələri viran qoyan siyasi tufanların, sunamilərin Azərbaycanı dağıtmasına qarşı çıxmaq lazımdır və vacibdir. Azərbaycan prezidentinin ölkəsini bu qorxunc viruslardan, təhlükələrdən qoruması istiqamətindəki addımları təqdirəlayiqdir.
Yeri gəlmişkən, prezident İlham Əliyev “Rossiya-24" kanalına müsahibəsində Azərbaycanla bağlı xaricdən idarə olunan proseslərə maraqlı şərh verib: Sitat: ”Bizim ölkədə - Azərbaycanda heç bir potensial risk, fiziki, ideoloji, sosial, siyasi təhdid yoxdur. Bizim vətəndaşların rahatlığını yalnız kənardan poza bilərlər. Ona görə də biz öz suverenliyimizlə bağlı məsələlərə, təhlükəsizliyimiz, vətəndaşlarımızın təhlükəsizliyi məsələlərinə çox həssaslıqla yanaşırıq. Ona görə də Azərbaycanı hansısa beynəlxalq avantüralara cəlb etmək cəhdləri həmişə fiaskoya uğrayıb. Yəqin ki, bu, kiminsə xoşuna gəlmir və arabir biz bunun nəticələrini görürük. Bir qayda olaraq bunlar bizim ümumiyyətlə iştirak etmədiyimiz beynəlxalq təşkilatların qəbul etdiyi hansısa qətnamələrdə ifadə olunur".
“Həm də qəribədir ki, bizim əleyhimizə olan qətnamələri üzvü olmadığımız və üzv olmağa hazırlaşmadığımız strukturlar qəbul edirlər. Bax, bu, necə deyərlər, daha çox təbəssüm doğurur. Həmçinin əlbəttə, mətbuata yalançı təbliğat tullantıları atılır. Bu, qarayaxma, şantaj və təzyiq göstərmək cəhdlərinin sevimli üsuludur. Amma bizdə buna qarşı immunitet yaranıb. Azərbaycan vətəndaşları çox yaxşı başa düşürlər ki, bu informasiya tullantıları cəhdlərinin arxasında nə durur. Azərbaycanın inamlı, davamlı, təhlükəsiz və sabit inkişafı bizə ziyan vurmaq istəyənlərə ən yaxşı cavabdır”.
Əslində Azərbaycanda ən məlumatlı adam olan dövlət başçısı ölkəsi üstünə necə bir xain planlar qurulduğunu bu sözlərlə ifşa edir. Və neçə illərdir həmin xain planlara qarşı dirəşir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar