Xəbər lenti
Ermənistan tam blokadaya düşdü - yol bağlandı
Sərhəd-keçid məntəqəsində 242 avtomobil dayanıb
Gürcüstan ilə Rusiya arasındakı Yuxarı Lars sərhəd-keçid məntəqəsində 242 avtomobil dayanıb.
Manevr.az istiPress-in məlumatına görə bildirir ki, Gürcüstanla Rusiyanı birləşdirən yeganə avtomagistral Yuxarı Lars yolu güclü qar, şaxta və qar uçqunu səbəbindən dekabrın 26-da saat 16:00-dan etibarən bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
Beləliklə, Ermənistan tam blokadaya düşüb və Rusiya ilə əlaqələri kəsilib. Qeyd edək ki, ölkə ilə Rusiyanı birləşdirən Novorosiysk - Poti bərəsi bu ilin axırlarında işini dayandırıb.
Hazırda Hərbi Gürcüstan yolu kimi tanınan avtomagistralda 132 minik, 110 yük avtomobili var.
Yolda təcili tibbi yardım briqadaları, fövqəladə hallar xidməti və digər aidiyyəti qurumların əməkdaşları sürücülərə, sərnişinlərə lazımi xidmət göstərir. Psixoloqlar ehtiyacı olanlara yardım edirlər.
Yuxarı Larsda çox funksiyalı yeməkxana, ana və uşaqlar üçün səyyar otaqlar quraşdırılıb.
Gürcüstan və Rusiya tərəfi avtomobil sahiblərinə alternativ yollardan istifadə etməyi məsləhət görür.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar