Xəbər lenti
Prezident yeni islahatların anonsunu verdi – Şərh
İqtisadi islahatların dərinləşməsi, xüsusilə də struktur və institusional islahatların davam etdirilməsi 2019-cu ilin gündəliyinin əsas prioritetlərindəndir.
Manevr.az bildirir ki bu sözləri axar.az-a Prezident İlham Əliyevin “Rossiya 24” kanalına müsahibəsindəki fikirlərini şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, 2019-cu ildə Azərbaycan üçün neftdən asılılığın aradan qaldırılması və qeyri-neft sektorunun inkişafı prioritet olaraq qalır. Xüsusən də neft bazarındakı volatillik də ondan xəbər verir ki, bu gün iqtisadi diversifikasiyanın alternativi yoxdur:
“2018-ci ildə Nazirlər Kabinetinin yeni tərkibinin formalaşması və hökumətə yeni simaların cəlb edilməsi gələn il daha genişmiqyaslı islahatların aparılmasına zəmin yaradır. Xüsusən də əmtəə və neft bazarındakı sıçrayışlar və volatillik də məhz iqtisadi islahatların genişləndirilməsi üçün bir baza rolunu oynaya bilər. Bu, həm də neft ölkələri üçün bir mesaj kimi də qiymətləndirilir. Əslində, Azərbaycan 2014-cü ildən etibarən islahatlara start verib”.
İqtisadçı vurğulayıb ki, 2019 Azərbaycan üçün nəqliyyat dəhlizlərinin inkişafı baxımından da yadda qalan il olacaq:
“Azərbaycan böyük coğrafiyanı əhatə edən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşmasına töhfə verən ölkələrdəndir. Şimal-Cənub şimaldan başlayaraq Hindistana qədər uzanır, Şərq-Qərb isə Asiya ilə Avropanı birləşdirir. Bu baxımdan hər iki dəhlizin reallaşmasında Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan regional nəqliyyat və logistik qovşağa çevrilməkdədir. Bu isə özünü sözügedən hər iki nəqliyyat dəhlizinin Azərbaycanda qovuşması ilə göstərir. Eyni zamanda, artıq Bakı-Astara yolunun istifadəyə verilməsi və İranda dəmir yolun xəttinin inşası da ondan xəbər verir ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinə birbaşa infrasturukturu gücləndirməklə töhfə verir. Bu da özlüyündə beynəlxalq yükdaşımaların həcminin artmasına imkan verəcək. Çünki Azərbaycan üçün beynəlxalq yükdaşımalar qeyri-neft sektorunda prioritet istiqamətlərdən biridir. Qeyri-neft sektorunun inkişafı isə neftdən asılılığın aradan qaldırılmasına xidmət edir. Artıq Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində fəaliyyətlər həyata keçirilir. Belə ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Ro-Ro terminalının istifadəyə verilməsi Xəzər üzərindən daşınan beynəlxalq yüklərin həcminin artmasına imkan verəcək. Bu isə o deməkdir ki, Azərbaycan 2019-cu ildə nəqliyyat dəhlizlərinin inkişafına birmənalı şəkildə töhfə verən ölkələrdən biri olacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar