Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Qızların orta məktəbdən çıxarılmasını...” – QMİ-dən millət vəkilinə cavab

Tarix: 26-12-2018 22:30     Baxış: 2267 A- / A+
“Qızların orta məktəbdən çıxarılmasını...” – QMİ-dən millət vəkilinə cavab

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilar Şurasının 23 noyabr 2002-ci ildə bu məsələ ilə bağlı rəsmi fətvası olub. Oarda göstərilir ki, islam aləmində iqlim şəraitindən asılı olaraq evlənmək üçün 3 həddi-buluq müddəti - aşağı, orta və yuxarı yaş hədləri müəyyən edilib. Qazilər Şurası ölkəmizin iqlim şəraitini nəzərə alaraq, belə qərara gəlir ki, Azərbaycanda evlənmək üçün yuxarı yaş həddi daha münasibdir.

Manevr.az
xəbər verir ki, bunu teleqraf.com-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktubuna münasibət bildirərkən, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Aparat rəhbəri Simran Həsənov bildirib.

Onun sözlərinə görə, evlənmək üçün yuxarı yaş həddi həm oğlanlar, həm də qızlar üçün 18-(müstəsna hallar 17), dövlətimizin qanununa müvafiqdir: “Məlumat üçün deyim ki, bəzi hallarda 17 yaşda evlənməyə Azərbaycan Respublikasının mülki və ailə qanunvericiliyi imkan verir. 17 yaşda evlənmək o zaman mümkün olur ki, vətəndaş tam fəaliyyət qabiliyyətinə malik olur, əmək haqqısı olur və. s. Biz özümüzün yerlərdə olan nümayəndələrimizə başa salırıq ki, dini nikah mərasimi vətəndaş vəziyyətləri aktları qeydiyyatı idarələrində(VVADQ) rəsmi qeydiyyat aparıldıqdan sonra icra edilməlidir. Bu fətvanın bütün Azərbaycan məscidlərində dindarlara oxunması vacibdir. Biz bu məsələyə çox ciddi nəzarət edirik. Kimsə, hardasa başqa kəbin kəsirsə, əgər belə hallar varsa, bilin ki, bu, QMİ nin strukturuna daxil olmayan din xadimləri tərəfindən edilib. İslam din xadimləri yalnız bizim tərəfimizdın təyin olunan şəxslər hesab olunur və Qazilər Şurasının fətvası QMİ- nin bütün din xadimləri üçün, bütün icmalarda dini ayin və mərasimləri icra edən imamlar, mütəvəllilər üçün məcburi xarakter daşıyır. Biz onlara tapşırmışıq ki, dövlət tərəfindən dövlət nikahı olmasa, kəbin kəsilə bilməz. Dövlət nikahı olmadan din xadimləri tərəfindən kəbin icra olunubsa, dərhal onlar haqqında intizam tədbirləri görürük”.

Maarifləndirmə tədbirlərinə gəlincə, QMİ rəsmisi deyib ki, hər həftənin cümə günü ölkənin bütün məscidində din xadimləri tərəfindən, xütbələr və moizələr oxunur: “Bu, bütün müsəlman icmalarında qəbul edilmiş haldır. Biz həmin moizə və xütbələrimizdə, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasəti, o cümlədən təhsil, səhiyyə, dini etika sahəsində həyata keçirilən siyasəti izah edirik. Bununla bərabər bu məsələlərə islam dininin münasibətini də şərh edirik. İslam dini təhsilə, xüsusilə də qızların təhsilinə fövqəladə önəm verir. Quranın ilk ayəsi “oxu” kəlməsi ilə gəlir. Müqəddəs hədislərdə deyir ki, “elmin dalınca Çinə qədər getmək lazımdır”. İslam dəyərləri təhsilə, öyrənməyə ayrılan vaxtı, əziyyəti ibadətdən də üstün tutur. Bunların hamısını keçirdiyimiz elmi, praktiki konfranslarda, bizim din xadimlərinin iştirak etdikləri ayinlərdə, mərasimlərdə, iftar məclislərində deyirik. Din xadimlərimizin təbliğ etdiyi, dəyərləndirdiyi dəyərlərdən biri insanların təhsili, tədrisi ilə bağlıdır. Bu da islamın tələbidir, biz yalnız bundan çıxış edirik. Uşaqların, xüsusən də qızların orta məktəbdən çıxarılmasını, təhsildən aralanmasını qəti şəkildə qəbul etmirik, pisləyirik və din xadimlərimiz də bu istiqamətdə müvafiq iş aparırlar. Biz bunun əleyhinəyik və hamını təhsil almağa, oxumağa çağırırıq. Bu təkcə bizim mövqeyimiz deyil, islam dininin bütövlükdə mövqeyidir”.

İslamda qadına, təhsilə verilən dəyər dünyanın heç bir təhsil və əxlaq sistemində yoxdur”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar