Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Fazil Mustafa Firudin Qurbanovun BDU-ya rektor gətirilməsinə belə qiymət verdi

Tarix: 26-12-2018 13:50     Baxış: 3183 A- / A+
Fazil Mustafa Firudin Qurbanovun BDU-ya rektor gətirilməsinə belə qiymət verdi

“Bakı Dövlət Universiteti (BDU) ənənəvi olaraq əslində Azərbaycanda ali təhsilin hansı səviyyədə olmasının barometri saylır. Ölkənin tələbə sayına və tarixinə görə ən əzəmətli universiteti sayılan BDU haqqında rəylər bizləri də yaxından maraqlandırır, çünki bu gün az-çox qazandığımız bilgilərə, həyat təcrübəsinə görə onun müəllimlərinə və təhsil mühitinə borcluyuq”.
Manevr.az-ın məlumatına görə, bu sözləri millət vəkili Fazil Mustafa BDU ətrafında cərəyan edən proseslərə menasibət bildirərkən deyib.

“Etiraf edim ki, son illərdə hər dəfə bu universitetin binasına rəsmi tədbirlərdə iştirak etmək üçün daxil olanda özümü hansısa inzibati orqanın aurası içində hiss etdiyimdən burada sağlam təhsil mühitinin yaranmasını çox arzulayırdım. Hazırda Bakı Dövlət Universitetini üçün belə bir şansın yarandığını düşünürəm.

Vaxtilə Milli Təhlükəsizlik Nazirliyinin durumunu xatırlayanda görürsən ki, hansısa bir kadr dəyişikliyi bir qurumun korlanmış imicini qısa müddətdə necə dəyişə bilir. Bir neçə il öncə insanlar üçün işgəncə aparatına çevrilmiş, sahibkarlardan şantaj və quldurluq yolu ilə pul soyan müxanizm sayılan Milli Təhlükəsizlik Nazirliyi Mədət Quliyevin təyinatından sonra sırf dövlətin təhlükəsizliyi ilə məşğul olan quruma çevrildi, rüşvət və soyğunçuluq tamamilə ortadan qaldırıldı və bu qurumun itirilmiş nüfuzu bərpa olundu. Yəni niyyət olanda bir şeyləri köklü şəkildə dəyişmək mümkün olur.

İndi də universitet rektoru vəzifəsinin icrasına təhsil nazirinin müavini Firudin Qurbanovun təyin olunması ilə belə bir mütərəqqi dəyişimin baş verməsini gözləmək olar. Korrupsiyada adı hallanmayan, təhsil sistemində ciddi təcrübəyə malik olan Firudin Qurbanovun burada sağlam təhsil mühiti, elmi araşdırmalara təşviq sistemi yaratmaq potensialına güvənirəm və ümid edirəm ki, yaxın gələcəkdə daha fərqli bir Universitet imici ilə qarşılaşacağıq. Bakı Dövlət Universitetində baş verəcək müsbət dəyişikliklər ali təhsil sistemimizdə sağlam islahatlar üçün ciddi bir stimul ola bilər”, - Fazil Mustafa bildirib./modern.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar